NBA E-Kassa Cihazını Clopos Sisteminə İnteqrasiya Etmək:
İlk öncə, cihazı təmin edən şirkətlə əlaqə saxlayın.
Cashbox proqramını yükləmələrini xahiş edin.
Clopos arxa panelində Tətbiqlər bölməsinə daxil olun.
Hamısı bölməsindən NBA moduluna qoşulun.
Modulun aktivləşdirilməsi üçün 20 AZN məbləğində ödəniş tələb olunur (bu məbləğ, aylıq ödəniş etdiyiniz abunəliyə əlavə olunacaq). Modul qoşulduqdan sonra, o, Tətbiqlər bölməsinə əlavə ediləcək.
Statusu aktiv edin.
Terminalda görünsün funksiyasını aktiv etdikdə, Terminalda Cihazlar bölməsində E-kassa bölməsi görünür. Statusu deaktiv etdikdə isə bu bölmə görünməz olur.
Avtomatik göndərilsin funksiyasını aktiv etdiyiniz zaman, bağlayacağınız çeklərdə Vergi ilə çap funksiyası avtomatik aktiv olur. İstəyə uyğun olaraq bu funksiyanı deaktiv edə bilərsiniz.
Əgər köhnə versiya NBA cihazınız mövcuddursa, bu halda Cashbox funksiyası aktiv edilməlidir. Bu, köhnə cihazlar üçün lazımlı funksionallıqların işləməsini təmin edir.
İP ünvanı qeyd edin. (İP ünvanını öyrənmək üçün NBA e-kassa cihazının şəbəkə ayarlarına daxil olmaq lazımdır.) İP ünvanı bu formada yazılmalıdır: 192.168.0.177:2000 Burada 192.168.0.177 İP ünvanı şərtidir. Port isə (:2000) mütləqdir və operator üçün dəyişməzdir.NBA e-kassa cihazının Clopos sisteminə inteqrasiyası zamanı hər iki proqramın eyni şəbəkədə olduğuna əmin olun.
💡Gələcək problemlərin qarşısını almaq üçün cihazın qoşulu olduğu İP ünvanını statik şəbəkə olaraq təyin etmək və ya router və modemdə İP ünvanını rezerv etmək tövsiyə olunur. Bu, İP ünvanının dəyişməməsini və cihazın şəbəkə ilə əlaqəsinin stabil qalmasını təmin edir, bu da sistemin davamlılığı və düzgün işləməsi üçün vacibdir.
Port, İstifadəçi Adı və Parol Hissələri-Bu hissələr yeni versiya e-kassa cihazları üçün yaradılmış funksiyalardır. Bu sahələrə hər hansı bir rəqəm və ya simvol yazmaq kifayətdir ki, xanalar boş qalmasın. Lakin qeyd etmək lazımdır ki, bu hissələr sizin üçün vacib deyil və funksional baxımdan sizə lazım olmayacaq.
Default vergi adı - Burada verginizi adlandıra bilərsiniz.
Default tax rate - Burada ödəyəcəyiniz vergi faizini qeyd edirsiniz.
Məlumatları daxil etdikdən sonra, sağ yuxarı küncdəki Saxla düyməsinə klik edərək, daxil etdiyiniz məlumatları yadda saxlayın.
NBA Cihazında İnteqrasiyanı Başlatmaq:
İnteqrasiya prosesini başlatmaq üçün Cashbox proqramını açın.
İnteqrasiya prosesi zamanı bu səhifədən çıxmayın. Əgər bu səhifədən çıxsanız, inteqrasiya ləğv edilmiş sayılacaq və sistem düzgün işləməyəcək.
Bu addımlar inteqrasiya prosesinin uğurla tamamlanması üçün vacibdir. Səhifədə qalaraq inteqrasiyanın düzgün həyata keçməsini təmin edin.
NBA E-Kassa Cihazının Clopos Sistemində Yoxlanılması:
Daha sonra, Clopos satış terminalında Kontrol panel → Cihazlar → E-Kassalar pəncərəsinə keçin.
NBA e-kassa cihazının sisteminizə tam inteqrasiya olunduğundan əmin olmaq üçün Yoxla düyməsinə klik edin.
Bir Neçə Fərqli E-Kassa Cihazının Eyni Anda İntegrasiyası:
Bir neçə fərqli e-kassa cihazını eyni anda inteqrasiya etmək mümkündür. Hər e-kassa cihazı yalnız bir terminalda istifadə edilə bilər. Hər hansı bir terminalda hansı e-kassa cihazını istifadə etmək istəyirsinizsə, digər e-kassa cihazlarını offline statusda saxlayaraq, istifadə etmək istədiyinizi aktiv etməlisiniz. Əgər, inteqrasiya etmək istədiyiniz e-kassa cihazları eyni operatordursa, bunun üçün Cloposun dəstək komandasına müraciət etməyiniz lazımdır.
Növbəni Açma:
Növbəyə başlamazdan əvvəl kassir və ya operator tərəfindən növbənin rəsmi şəkildə açılması zəruridir ki, bu da sistemdə baş verən hər bir maliyyə əməliyyatının düzgün qeydiyyata alınmasını təmin edir. İstifadəçi sistemə daxil olduqdan sonra, əgər növbə bağlıdırsa və yeni çek vergi sisteminə göndərilməlidirsə, sistem avtomatik olaraq növbəni açaraq əməliyyatı qeydə alır, bu da əməliyyatların fasiləsiz və düzgün aparılmasına imkan verir və növbənin əl ilə açılmasına ehtiyac qalmır.
İş gününün sonunda və ya növbənin bitməsindən əvvəl növbənin rəsmi şəkildə bağlanması tələb olunur. Bu proses, bütün gün ərzində baş verən əməliyyatların yekunlaşdırılması və maliyyə məlumatlarının təhlükəsiz şəkildə saxlanmasını təmin edir. Növbəni Bağla düyməsinə klik etdikdə, sistem növbənin son vaxtını qeyd edir və növbə ərzində baş verən bütün əməliyyatların yekun hesabatını hazırlayır. Növbə bağlanmadığı halda, əməliyyatlar və hesabatlarda uyğunsuzluqlar baş verə bilər, buna görə bu addım xüsusi əhəmiyyət daşıyır.
X-hesabat:
Kassir və ya operator tərəfindən iş günü ərzində istənilən vaxt çıxarıla bilən aralıq maliyyə hesabatıdır. Bu hesabat günün yekununa təsir etmədən, kassada edilən əməliyyatlar, satışlar, nağd və qeyri-nağd ödənişlər barədə məlumatları göstərir. X-hesabat yalnız cari vaxtadək baş vermiş əməliyyatların təsvirini verir və kassanın bağlanmasına səbəb olmur.
💡Növbə 24 saat açıq qaldığı halda, sistem avtomatik olaraq eror bildirişi göndərir. Bu bildiriş, növbənin bağlanmadığını və müvafiq əməliyyatların düzgün qeydiyyata alınmadığını göstərir. Bu səbəbdən növbənin vaxtında bağlanması vacibdir, əks halda sistemdə texniki uyğunsuzluqlar baş verə bilər.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: