Satış terminalında ödənişi hissələrə bölmək imkanı
Satış terminalı istifadəçilərə ödənişi bir neçə hissəyə bölərək müxtəlif ödəniş tipləri ilə həyata keçirməyə imkan verir. Sistem standart olaraq Nağd ödəniş üsulunu seçir. Lakin, Siz ödənişi hissələrə bölməklə Nağd, Kart və Müştəri balansı kimi ödəniş tiplərindən istifadə edərək əməliyyatı tamamlaya bilərsiniz.
Bu əməliyyatı yerinə yetirmək üçün, ödəniş məbləğini daxil edəcəyiniz sahəyə vurun və ekranın sol tərəfindəki daxil etmə düymələrindən istifadə edərək istədiyiniz məbləği yazın.
məsələn: Aşağıdakı şəkildə qeyd edilmiş 17.85 manat hesab Nağd, Kart, Müştəri balansı hesablarına bölünərək bağlanmışdır.
Ödəniş növünə görə məbləğin qeyd edilməsi və hesabın bağlanması
Ödəniş növünə uyğun olaraq məbləği düzgün qeyd etdikdən sonra, əməliyyatı tamamlamaq üçün Bağla düyməsinə basaraq hesabı bağlaya bilərsiniz. Bu addım ödəniş prosesini yekunlaşdıracaq və müvafiq olaraq satış terminalında əməliyyatın uğurla həyata keçirildiyini göstərəcək.