Clopos restoran idarəetmə sistemi olaraq müştərilərimizi tam rahat iş prosesi ilə təmin etmək üçün çalışırıq. Kassa növbəsi funksiyası isə nağd pul əməliyyatları ilə məşğul olan müəssisələrdə maliyyə axınının rahatlıqla izlənilə bilməsi üçün düşünülüb.
Kassa növbəsi nədir və nə işə yarayır?
Kassa növbələri işçilərin müəyyən bir kassa aparatına nəzarət etməli olduğu müddəti göstərir. Kassa növbəsi zamanı işçi növbəni başlatdığı kassadakı nağd pula görə cavabdeh olur və növbə ərzindəki əməliyyatlar barədə hesabat verir.
Kassa növbəsi funksiyası bizneslərə bir çox üstünlüklər qazandırır:
Hesabatlılıq: Nağd pul növbələri pul vəsaitlərinin idarə edilməsi üçün fərdi məsuliyyət təyin edir. Bu cavabdehlik səhvlər, uyğunsuzluqlar və nağd pulla bağlı potensial problemlər riskini aşağı salır.
Dəqiqlik: Nağd pul köçürmələri zamanı mütəmadi uyğunlaşdırma pul vəsaitlərinin uçotunun düzgünlüyünü qorumağa kömək edir. Beləliklə, istənilən uyğunsuzluq və ya problem dərhal aşkarlana və həll edilə biləir.
Təhlükəsizlik: Nağd pul köçürmələrinin dəqiq qeydinin tutulması pul vəsaitlərinin təhlükəsiz idarə edilməsinə zəmin yaradır. Oğurluq və ya yanlış idarəetmə kimi risklər minimuma düşür.
Əməliyyat effektivliyi: Nağd pulun idarə edilməsini sadələşdiyi üçün işçilər gündəlik əməliyyatların daha rahat aparılmasını təmin edir, diqqətlərini öz öhdəliklərinə cəmləyə bilirlər.
💡 Ümumiyyətlə, əməliyyat risklərini minimuma salarkən gəlirliliyi maksimuma çatdırmaq məqsədi daşıyan hər bir biznes üçün kassa növbəsini aktibləşdirmək ağıllı addımdır deyərdik.
Kassa növbəsini aktivləşdirmək
Kassa növbəsini Clopos idarəetmə sisteminə çıxışı olan hər bir istifadəçimiz aktivləşdirə bilər. İzlənilməli addımlar çox sadədir:
Arxa ofis idarəetmə panelinin sol bölməsindən “Tətbiqlər”i seçin
“Hamısı” bölməsinə keçid edin
“Kassa növbəsi” moduluna qoşulun
Modula qoşulmuş olsanız belə, istifadə edə bilmək üçün statusunu aktivləşdirməyiniz tələb olunur. Bunun üçün:
Modulun “Tənzimlə” bölməsinə keçin və ya "Tətbiqlər" bölməsində "Kassa növbəsi" moduluna keçid edin.
“Status” düyməsini aktivləşdirin
Yuxarı sağ hissədən “Saxla” düyməsini seçin
Qeyd edək ki, qoşulduğunuz bütün modulların istifadə edilib-edilməyəcəyini status düyməsi ilə tənzimləyirsiniz. Statusu istənilən vaxt aktiv və ya deaktiv etmək mümkündür.
Növbə sonu tənzimləmələri
Növbə sonlandırılarkən tamamlanmamış sifarişlərin çekləri, yəni açıq olan çeklər ya bağlanmalı, ya da transfer edilməlidir. Bu tənzimləmə səhifəsinə keçid etmək üçün:
Arxa ofis idarəetmə panelinin sol bölməsindən “Tənzimləmələr”i seçin
“Modullar” bölməsinə keçid edin
“Kassa növbəsi” modulundan "Tənzimlə" düyməsini klikləyin
Növbə sonu tənzimləmələri başlığından istədiyiniz variantı seçin
Burada 2 variantdan birini seçə biləcəksiniz. Açıq çeklər:
Bağlanmalıdır - Bunu seçdiyin zaman açıq növbədən məsul olan işçi növbəni sonlandırarkən bütün açıq çekləri də bağlamalıdır. Əks təqdirdə növbə bağlanmayacaq.
Transfer ediləcək - Bu halda isə sonlandırılan növbədə açılmış çeklər açıq digər növbələrə transfer edilə bilir.
İşləmə prinsipi və işçi məsuliyyətləri
Kassa növbəsi aktivdirsə, kassadan istifadə etmək istəyən hər işçi növbə başlatmalı, işi bitdikdə növbəni sonlandırmalıdır. Qeyd edək ki, bir terminalda eyni zamanda yalnız bir növbə aktiv ola bilər. İşçilərin növbə boyunca məsuliyyətləri belə olur:
Növbənin başladılması
Növbə başladılmadığı müddətcə sistemdən sadəcə yeni çek açmaq mümkündür, nağd tranzaksiya etmək və ya açıq çekləri bağlamaq kimi əməliyyatları isə həyata keçirmək mümkün olmur. Bu əməliyyatları görmək istəyən işçi növbəni başlatmalıdır. Bunun üçün POS terminala daxil olub, yuxarı sağ hissədəki 3 xətt ikonundan İdarəetmə panelinə keçmək lazımdır.
Terminalın İdarəetmə panelində “Növbəni başlat” düyməsini seçərək yeni növbə başlatmaq olar.
Növbə başladarkən işçinin ilk məsuliyyəti kassadakı aktual nağd məbləğini hesablayıb sistemə daxil etməkdir. Bu zaman işçinin ötürmək istədiyi başqa məlumat olarsa, bunu da sistemə qeyd edə bilər.
Növbəni başladan işçi, növbəni sonlandıranadək həmin kassadakı nağd pullara görə məsuliyyət daşımağa başlayır.
Tranzaksiyaların idarə edilməsi
Növbə boyu işçi normal qaydada satış reallaşdırır, nağd pul alır, dəyişiklikləri sistemə daxil edir və bütün əməliyyatların qeydini aparır.
Növbənin sonlandırılması
İş növbəsi bitən işçi son olaraq növbəsini də sonlandırmalıdır. Bunun üçün işçi yenidən Terminalın “İdarəetmə paneli” səhifəsinə daxil olub, “Növbəni sonlandır” düyməsini seçməlidir.
Növbəni sonlandırarkən işçi ötürməli olduğu bütün məlumatları qeyd kimi əlavə edə bilər. Növbə sonlandırıldıqdan sonra işçi növbə hesabatı ilə qarşılaşacaq.
Kassa növbəsi hesabatları
Əgər terminal internetə bağlıdırsa, hər növbə sonlandırıldıqda növbə ilə bağlı avtomatik hesabat görünür. Bundan əlavə, bütün hesabatlara nəzər yetirmək üçün:
Terminalda "Kontrol panel" səhifəsini açın
"Hesabat yarat"ı seçin
"Kassa növbələri"ni seçin
Yuxarı hissədən istədiyiniz tarixə keçid edərək həmin günə aid hesabatları görün
Hesabatlarda növbə ilə bağlı bütün məlumatların əks olunduğunu görəcəksiniz:
POS – Növbənin hansı terminalda başladıldığı
Cari istifadəçi – Hazırda terminaldan kimin istifadə etdiyi
Açıldı – Növbənin başladıldığı dəqiq vaxt və kim tərəfindən başladıldığı
Bağlandı – Növbənin sonlandırıldığı dəqiq vaxt və kim tərəfindən sonlandırıldığı
Açılış balansı – Növbə başladılarkən kassada olan dəqiq məbləğ
Satış – Növbə ərzində tamamlanan satış məbləği
Geri ödəniş – Növbə ərzində müştəriyə geri ödənilən məbləğ
Nağd mədaxil – Növbə ərzində kassaya daxil edilən nağd pulun miqdarı
Nağd məxaric – Növbə ərzində kassadan götürülmüş nağd pulun miqdarı
Gözlənilən nağd məbləğ – Növbə ərzində sistem tərəfindən avtomatik olaraq hesablanmış və kassaya daxil edilməli olan nağd pul
Faktiki nağd məbləğ – Növbə ərzində kassaya daxil edilmiş nağd pul
Fərqin dəyəri – Gözlənilən nağd məbləğlə faktiki nağd məbləğ arasındakı fərq
Bu hesabata nəzər yetirərək növbə ərzində nələr baş verdiyini və nağd axınının düzgün qeyd edilib-edilmədiyini aydın şəkildə görmək olur.
Kassa növbələrinə nəzarət
Açıq və artıq sonlandırılmış kassa növbələrinin hesabatları arxa ofis idarəetmə panelində yığılır. Hesabatlara nəzər yetirmək üçün:
Arxa ofis idarəetmə panelindən “Maliyyə” bölməsini seçin
“Kassa növbəsi”nə daxil olun
Burada növbə ilə bağlı bütün məlumatları: kimin və nə zaman başlatdığı və ya sonlandırdığı, növbənin başındakı və sonundakı pul miqdarını görə bilərsiniz. Bu səhifədə əgər “Fərqin dəyəri” bölmələri 0-a bərabər deyilsə, deməli, gözlənilən və daxil edilən məbləğlər arasında fərq var.
Hansı hesabata nəzər yetirməli olduğunu dəqiqləşdirmək üçün ən sağ hissədəki “Status” bölümünə nəzər yetirə bilərsiniz. Burada:
3. Açıq – Növbənin hələ sonlandırılmadığını göstərir
4. Təsdiqlənib – Növbənin artıq sonlandırıldığını və hər şeyin qaydasında olduğunu göstərir
5. Yoxlanılmalıdır – Növbənin sonlandırıldığını, amma gözlənilən və aktual məbləğlər arasındakı fərqə görə yoxlanılmalı olduğunu göstərir.
Əgər yoxlanış edərkən nəyinsə yanlışlıqla daxil olduğunu və ya nəzərdən qaçdığını görsəniz, növbənin ən sağındakı 3 nöqtəyə klikləyərək dəyişikliklər edə bilərsiniz. Burada:
7. Əməliyyat əlavə et – Kassa növbəsi zamanı həyata keçirilmiş mədaxil, məxaric və ya köçürmə əməliyyatlarını sistemə əlavə edə;
8. Başlanğıc balansı dəyiş – Növbə başladılarkən kassada olan nağd pul miqdarını dəyişə;
9. Sondakı balansı dəyiş – Növbə sonlandırılarkən kassada olan nağd pul miqdarını dəyişə bilərsiniz.
Qeyd edək ki, bu hissəyə hansı işçinin girişinin olacağına “İcazələr” bölməsindən qərar verə bilərsiniz.
İşçi icazələri
İdarəetmə panelində "Kassa növbəsi" bölməsinə kimlərin girişinin olacağını təyin edə bilərsiniz. Bunun üçün:
Arxa ofis idarəetmə panelindən "İcazələr"i açın
Vəzifələr bölməsinə keçid edin
İstədiyiniz vəzifənin sağ hissəsində olan 3 nöqtə ikonuna klikləyərək "Dəyiş"i seçin
"Maliyyə" bölməsinin altında yerləşən "Kassa növbələri" icazəsinin qarşısından müvafiq icazələri aktiv və ya deaktiv edin.
Bundan əlavə, hansı vəzifədə olan işçilərin kassa açmaq və ya bağlamaq icazəsinin olacağına da qərar verə bilərsiniz. Bunun üçün:
Arxa ofis idarəetmə panelindən "İcazələr"i açın
Vəzifələr bölməsinə keçid edin
İstədiyiniz vəzifənin sağ hissəsində olan 3 nöqtə ikonuna klikləyərək "Dəyiş"i seçin
"Terminal" vəzifələrinin ən sonunda yerləşən "Növbənin başladılması" və "Növbənin sonlandırılması" icazələrini istədiyiniz kimi aktiv və ya deaktiv edin.
💡 Xatırladaq ki, vəzifə icazələrini istədiyiniz vaxt dəyişə bilərsiniz. Beləliklə, kassa növbəsi funksionallığını hansı işçilərin işlədə biləcəyi mövzusunda da idarəetməyə sahib olacaqsınız.
Ümid edirik bu məqalə kassa növbələri ilə bağlı bütün suallarınızı cavabladı. Clopos restoran idarəetmə sistemi olaraq sizə daha yaxşı həllər təqdim etmək üçün çalışmağa dacam edəcəyik.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: