Ana içeriğe geç
Tüm KoleksiyonlarAzərbaycan dilindəTerminalın tənzimlənməsi və istifadə qaydaları
Sürətli satış: POS sistemdə işləyən klaviatura qısayollar
Sürətli satış: POS sistemdə işləyən klaviatura qısayollar

Klaviatura qısayollarından istifadə edərək satış prosesinizi sürətləndirmək üçün bu məqalədəki məlumatlardan yararlanın

Nigar Aliyeva avatar
Yazar: Nigar Aliyeva
Bir yıldan uzun süre önce güncellendi

Günümüzün rəqabətli biznes dünyasında hər saniyə önəmlidir. Müştəri məmnuniyyətini artırmaq üçün əməliyyatların sürətli aparılmasını təmin etmək çox vacibdir. Müəssisələrin sürətinə sürət qatan üsullardan biri isə POS klaviatura qısayollarından istifadə etməkdir.

⌨️ Gəlin Clopos restoran idarəetmə sistemində olan qısayolları birlikdə nəzərdən keçirək.

F1 - Takeaway əsaslı satış üsulu yaratmaq

F1 düyməsi xüsusən müştəri sayının çox olduğu günlərdə işinizi asanlaşdıracaq. Bu düymə, “Takeaway” satış üsulunda sürətlə qəbz yaradır. İstər sürətli nahar, istərsə də yolda qəlyanaltı olsun, F1 əməkdaşlarınıza müştərilərin gözləmə vaxtlarını minimuma endirərək sifarişləri asanlıqla yerinə yetirməyə imkan verir.

F2 - Çatdırılma əsaslı satış üsulu yaratmaq

Bu düymə isə xüsusən çatdırılma xidməti təklif edən müəssisələrə rahatlıq qazandırır. Belə ki, POS sistemdə F2 düyməsi seçilərsə, çatdırılma satış üsulunda səmərəli şəkildə qəbz yaradılmış olur. Bu sürətli qısa yol onlayn və ya telefon sifarişlərinin sürətlə idarə edilməsinə kömək edir.

F9 - Ödəniş üsulunu dəyişmək

Artıq demək olar bütün müəssisələr həm nağd, həm də kartla ödənişləri qəbul edir. Müxtəlif ödəniş üsulları ilə işləmək isə F9 ilə daha da sadədir. Belə ki, F9 düyməsi ödəniş səhifəsində kart və nağd ödəniş üsulları arasında tez və asan keçid təmin edir.

F11 - Ön-çek çap etmək

Müştərilər hesablarını ödəməyə hazır olduqda, F11 işə düşür və dərhal ön çek çap edir. Beləliklə, ödəniş prosesi sürətlənir və müştərilər tezliklə sifarişlərini nəzərdən keçirərək ödəniş edir.

F12 - Ön-çek səhifəsinə keçmək və çeki bağlamaq

F12 isə digər qısa yollardan fərqli olaraq iki məqsədə birdən xidmət edir. Belə ki, əgər fərqli səhifədəsinizsə F12 düyməsini seçərək birbaşa ön çek səhifəsinə keçirsiniz. Əgər artıq ön çek səhifəsindəsinizsə, F12 düyməsindən istifadə edərək açıq çeki bağlaya bilirsiniz.

💡 Əməkdaşlarınızın işini asanlaşdırmaqla yanaşı, xidmət müddətini sürətləndirmək üçün onları bu düymələrlə tanış etməyi unutmayın.

Əməliyyat səmərəliliyini artırmaq istəyən bizneslər üçün klaviatura qısayolları sadə, lakin effektiv strategiyadır. İşçilər onları gündəlik iş rejimlərinə daxil edərək POS sistemini daha sürətlə idarə edə, nəticədə müştəri məmnuniyyətini də yüksəldə bilər.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, istədiyiniz vaxt bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?