Cloposda terminal istifadəsi haqqında məlumat
Clopos sistemində hər bir terminal yalnız bir cihazda istifadə edilə bilər. Əgər siz bir neçə terminaldan eyni vaxtda istifadə etmək istəyirsinizsə, bu zaman yeni bir terminal koduna ehtiyacınız olacaq. Terminal yaratmaq üçün, bunu arxa panel vasitəsilə edə bilərsiniz. Bunun üçün əvvəlcə Arxa panel → Cihazlar → Terminallar bölməsinə daxil olun və orada "Yarat" düyməsini sıxaraq yeni bir terminal əlavə edin.
Terminal məlumatlarının qeydiyyatı
Burada terminalın bütün müvafiq məlumatlarını qeyd edirsiniz.
Ad: Bu hissəyə, terminal üçün təyin edəcəyiniz adı daxil edirsiniz. Bu, terminalın tanınması üçün istifadə olunacaq addır.
Status: Terminalın statusunu burada qeyd edirsiniz. Əgər status "Aktiv" olaraq seçilərsə, terminal istifadəyə verilmiş olur. Lakin, "Deaktiv" seçildikdə, terminala daxil olmaq mümkün olmayacaqdır.
Cihaz növü: Bu hissədə, terminalın hansı cihazda istifadə ediləcəyini seçirsiniz. Burada iki seçim mövcuddur: "Desktop" və "Mobil". Əgər kompüter və ya planşetdən daxil olacaqsınızsa, "Desktop" seçməlisiniz. Mobil telefonla istifadə etmək istəyirsinizsə, "Mobil" seçimini etməlisiniz.
💡 "Desktop" terminalının aylıq ödənişi 30 AZN təşkil edir, "Mobil" terminalının ödənişi isə aylıq 15 AZN-dir.
Təsdiq etdiyiniz halda, abunə haqqınız müvafiq olaraq artacaqdır.
Terminal yaradıldıqdan sonra, terminalı ləğv etmək sizin tərəfinizdən icra edilə bilməz. Əgər terminalı ləğv etmək istəyirsinizsə, bunun üçün sadəcə texniki servis ilə əlaqə saxlamağınız kifayətdir.
💡 Qeyd edək ki, terminalın ləğv edilməsi ilə bağlı müraciətlər yalnız həftə içi günlərində, saat 10:00-dan 19:00-a qədər qəbul edilir.
Terminal yaradıldıqda, sistem tərəfindən avtomatik olaraq bir şifrə təyin edilir. Lakin, istədiyiniz təqdirdə, terminalın qarşısındakı 3 nöqtəyə klikləyərək, terminal kodunu dəyişə bilərsiniz.
Terminalların idarə olunması və aşağıdakı mövzularla bağlı əlavə məlumat əldə etmək üçün bu məqalələri oxumağınızı məsləhət görürük:
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: