İstifadəçi sessiyası, sistemdə istifadəçinin aktiv olduğu müddəti ifadə edir. Bu funksiyanın əsas məqsədi təhlükəsizliyi artırmaq, sistemin daha effektiv işləməsini təmin etmək və icazəsiz girişlərin qarşısını almaqdır. İstifadəçi müəyyən müddət ərzində heç bir əməliyyat etməzsə və ya seçilmiş funksiyalardan biri icra olunarsa, sistem sessiyanı avtomatik bağlayır.
Bu funksiyanı aktiv etmək üçün aşağıdakı addımları yerinə yetirmək lazımdır:
Bunun üçün arxa paneldə Cihazlar → Terminallar bölməsinə daxil olub, dəyişiklik etmək istədiyimiz terminalın qarşısında üç nöqtə düyməsini, sonra isə "Dəyişmək" düyməsini seçirik.
Açılan pəncərədə "İstifadəçi sessiyasının avtomatik bağlanması" bölməsi ilə qarşılaşacağıq. Edilən konfiqurasyalar yalnız bu terminala aiddir. Aşağıda sadalanan seçimlərdən hər hansı biri aktiv olduqda və müvafiq funksiyanı yerinə yetirdikdə, həmin terminal üçün sessiyadan çıxış ediləcək.
Şöbəyə yolladıqdan sonra
Çek bağlandıqdan sonra
Hərəkətsiz vaxtdan sonra
"Hərəkətsiz vaxtdan sonra" seçimi aktiv edildikdə, aşağı hissədə vaxt təyin etməyə imkan verən bölmə yaranır. Bu sahədə vaxt saniyə ilə qeyd edilməlidir. Müəyyən edilmiş vaxt bitdikdən sonra istifadəçi sessiyasından avtomatik çıxış ediləcək."
Hərəkətsiz vaxt tamamlandıqda sessiyanın bağlanması ilə bağlı bildiriş alacaqsınız. Bu bildirişdə sessiyanı bağlamaq və ya sessiyada qalmaq seçimləri təqdim ediləcək. Seçiminizi edərək uyğun əməliyyatı yerinə yetirə bilərsiniz.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: