Menyuda Məhsulların və kateqoriyaların yerlərini dəyişmək üçün iki üsul var.
Birinci üsul Arxa paneldən etməkdir. Bunun üçün, Arxa panel→ Menyu→ Menyu quruluşu bölməsinə daxil oluruq. Bu bölümə daxil olduqda menyu Kateqoriyalarını görəcəksiniz. Kateqoriyaların üzərinə klik etdikdə həmin kateqoriyada hansı məhsulların olduğuna dair Məhsullar sütununu açılacaq. Məhsul və ya Kateqoriyaların yerlərini dəyişmək istəyiriksə, maus işarəsini iconun üzərinə gətirib (bu zaman əl işarəsi görünəcək), mausun düyməsini basılı tutaraq yuxarı və ya aşağı sürüştürməklə yerdəyişmə edə bilərsiniz. Bu prosesi eyni zamanda məhsullar üçün də tətbiq etmək mümkündür.
Yerdəyişmə işləmini bitirdikdən sonra Saxla düyməsinə klik etməlisiniz. Bu zaman etdiyiniz dəyişikliklər terminalda görsənəcək.
İkinci üsul Terminal üzərindən etməkdir. Bunun üçün terminalda menyuya daxil olub, tənzimləmələr işarəsini klik edərək yerdəyişmə ikonunu seçirik.
Qeyd: bu əməliyyatı icra etmək üçün, icazələr bölümündə müvafiq ayarlama üçün icazə aktiv olmalıdır.
Mausun düyməsini məhsullar (kateqoriyalar) üzərində basılı tutaraq yerdəyişmə etdikdən sonra, əməliyyatı təsdiqləyirik.