Personal yeməyini sistemdə qeyd etmək üçün Arxa paneldən həmin məhsulları tullantı (israf) kimi qeyd edə bilərsiniz.
İnventar - Tullantı bölməsinə daxil olduqdan sonra səbəb olaraq personal yeməyi yaradırıq.
Daha sonra Tullantı (israf) bölməsində +Yarat düyməsinə klik edirik.
Açılmış pəncərədə Personal yeməyinin silinməsini istədiyiniz anbarı, səbəbini qeyd edirik. İstəkdən asılı olaraq cari tarixi dəyişə bilərik. Sonra məhsul əlavə edib miqdarını qeyd edirik. Saxla düyməsini klikləyərək prosesi sonlandırırıq.