Clopos Pay ödəniş sistemindən yararlanmaq üçün ilk öncə Payriff şirkətində qeydiyyatdan keçib müqavilə bağlamaq lazımdır. Bunun üçün Payriff.com saytına daxil olub, Qeydiyyatdan keç düyməsinə vurmaq lazımdır.
Açılan pəncərədə aşağıdakı şəkildə göstərildiyi kimi Sign Up düyməsinə vurmalıyıq. Daha sonra açılan növbəti pəncərədə isə qeydiyyat məlumatlarımızı yazmalıyıq. Məlumatları yazdıqdan sonra Register düyməsinə vururuq.
Register düyməsinə vurduqdan sonra açılan kiçik pəncərədə bizdən təsdiqləmə kodunu daxil etməyimiz istənilir. Bu kod sizin qeydiyyat zamanı göstərdiyiniz mobil nömrəyə göndərilmişdir.
Təsdiqləmə kodunu yazıb Confirm account düyməsinə vurduqdan sonra qeydiyyat prosesi bitmiş hesab edilir və siz digər məlumatları doldurmaq və müqavilə bağlamaq üçün əsas səhifəyə keçid edirsiniz.
Burada artıq öz biznesinizə dair məlumatları dolduracaqsınız (Biznes məlumatları doldurarkən məlumatların dəqiqliyinə diqqət edin). Bunun üçün yuxarıdakı şəkildəki kimi Create Merchant düyməsinə vururuq. Açılan pəncərədə App name xanasına öz biznesimizin adını - yəni Brendimizin (restoran, mağaza və s.) adını yazırıq. Məsələn aşağıda göstərilən nümunədə biznes adı Cofeshop olaraq göstərilmişdir. İkinci URL xanasında əgər saytınız varsa sayt ünvanını, yoxdursa instagram və facebook sosial şəbəkə ünvanınızı göstərirsiniz. Üçüncü App info xanasında isə biznesiniz haqqında qısa məlumat qeyd edirsiniz.
Məlumatların doğruluğuna əmin olduqdan sonra Continue düyməsinə vururuq. Açılan yeni pəncərədə şirkət məlumatlarınızı qeyd edəcəksiniz. Həmin pəncərə aşağıda nümunə olaraq göstərilmişdir. Bu pəncərədə siz vergi sistemində qeydiyyat növünüzdən asılı olaraq ya Fərdi sahibkar, ya da Hüquqi şəxs yazılan dairələri işarələməlisiniz. Məlumatların doldurulması hər iki variant üçün eynidir. Sadəcə Full name xanasında Fərdi sahibkar olaraq öz ad və soyadınızı, hüquqi şəxs olaraq isə şirkətin adını yazmalısınız. Tax İD xanasına fərdi sahibkar və ya hüquqi şəxs olaraq VÖEN-inizi, FİN xanasına şəxsiyyət vəsiqəsində olan 7 rəqəmli fərdi identifikasiya nömrənizi, Adress xanasına biznesinizin yerləşdiyi ünvanı, Company website xanasına saytınızın ünvanını (saytınız yoxdursa boş saxlayın), Categories xanasında olan siyahıdan isə biznesinizin növünü seçirsiniz.
Bütün məlumatları dəqiqliklə doldurduqdan sonra Create Merchant düyməsinə vuraraq biznes hesab yaradırsınız. Növbəti pəncərədə isə toplanacaq vəsaitlərin (daxil olan ödənişlərin) sizə hansı üsulla - biznes kartınıza və ya bank hesabınıza göndərilməsini seçirsiniz.
Ödənişlə bağlı məlumatları doldurduqdan sonra proses başa çatmış sayılır. Ödəniş məlumatlarını daha sonra da doldura bilərsiniz. Clopos Pay-ı aktiv etmək üçün sizə lazım olan Merchant İD-ni aşağıdakı şəkildə göstərildiyi kimi -Applications bölməsindən əldə edirsiniz.
Bütün bu prosesləri etdikdən sonra Clopos arxa paneldən Clopos Pay-ı aktiv edə bilərsiniz. Aktivləşdirmə prosesi barədə bu keçiddə olan məqalədə geniş məlumat verilmişdir.
Qeyd: Payriff.com-da qeydiyyatdan keçdikdən sonra Payriff şirkəti ilə əlaqə yaratmalı və müqaviləni təsdiqləməlisiniz.