Taymer
Nurane avatar
Yazar: Nurane
Bir haftadan uzun bir süre önce güncellendi

Taymer yaratmaq üçün, Menyu →Məhsullar→Yarat→Taymer düyməsini klikləyirik.

Taymer buttonunu klikləyirik.

Açılan səhifədə Taymer üçün (ad, kateqoriya, vergi faiz dərəcəsi və s.) lazımı xanaları doldururuq. Xidmət haqqını hesaba qatma funksiyasını aktiv etdikdə, digər məhsullara xidmət haqqı tətbiq edildiyi halda taymerə xidmət haqqı tətbiq edilməyəcək. İstəyə uyğun olaraq şəkil də əlavə edə bilərsiniz.

Hesablama üsulunda Daxildir seçildikdə, bu məhsulun qiymətinə menyuda daxil edilir.

Məhsul əlavə edildikcə, depozitin qiymətindən azalır.

Depozitin mebləğini keçəndən sonra, hesab artmağa başlayır.

Hesablama üsulu olaraq daxil deyil seçildikdə isə çekə məhsul əlavə edildikdə taymerin məbləği azalmayacaq. Əksinə olaraq toplanacaq.

İnterval, dəqiqə taymerin neçə dəqiqədən bir dövr etməsinin tənzimlənməsi üçündür. Dəqiqə hissəsinə 1 yazıb, qiymət hissəsinə 2 yazdıqda, hər dəqiqə üçün qiymət 2 azn artacaqdır. Fərqli intervallar da qeyd etmək mümkündür. Bunun üçün Fərqli hesablama intervalları düyməsini aktiv edirik.

Əgər 1 saat qeyd etmək istəyiriksə, 60 dəqiqə yazmalıyıq. Fərqli interval hissəsində qiyməti dəyişmək mümkündür. Misal üçün: 1-ci saat depozit 5 azn, 2-ci saat 4 azn, 3-cü saat isə 3 azn-dir. Bu halda interval dəqiqəsini neçə dəqiqədən bir təkrarlanacağını qeyd edirik.

Bu cevap sorunuzu yanıtladı mı?