Ana içeriğe geç

Çekə kuryer əlavə etmək

Nurane avatar
Yazar: Nurane
2 aydan uzun süre önce güncellendi

Çekə kuryer əlavə etmək funksiyasının tətbiqi zamanı həmin şəxsin Satışlarına, çek sayına və satdığı məhsul dövriyyəsinə baxmaq mümkündür. Bunun üçün Arxa panel → Əmədaş→ Vəzifələr→ +Yarat düyməsini klikləyirik.

Kuryer istifadəçi növü üçün vəzifə yaratdığınız zaman, əlavə olaraq vəzifə təyin etməyə ehtiyac yoxdur – sadəcə istifadəçi növünü seçmək kifayətdir.

Öncədən yaradılmış hər hansı bir vəzifənin qarşısındakı üç nöqtəni vurub Dəyişmək düyməsini klikləyərək, var olan bir vəzifəyə də kuryer funksiyasını aktiv edə bilərsiniz.

Daha sonra Arxa panel → İcazələr → Əməkdaş → + Yarat vuraraq, Kuryer vəzifəsində çalışan əməkdaşın hesabını yaradırıq.

İstifadəçi adıvəzifəni qeyd etdikdən sonra Saxla düyməsini klikləyirik.

Kuryer vəzifəsi sadəcə Çatdırılma satış tipində istifadə oluna bilər. Terminalda Yeni sifariş düyməsini klikləyib Çatdırılmanı seçirik.

Kuryer ikonuna klikləyirik.

Açılmış pəncərədə əlavə edəcəyimiz kuryerin qarşısındakı tətbiq et düyməsini seçdikdən sonra, həmin kuryerin çatdırılma haqqını qeyd edirik və saxla düyməsini klikləyirik. Qeyd edilmiş məbləğ yekun məbləğin üzərinə əlavə olunur.

Əməkdaşın çatdırdığı məhsul dövriyyəsinə, kuryerin çatdırılma haqqına və çeklərin sayına baxmaq üçün Arxa panel → Statistikalar → Hesabatlar bölməsinə daxil oluruq. Yuxarıda yerləşən filter menyusundan Əməkdaşlar bölümünə keçid edərək Çatdırılma haqqı (Kuryer), Qəbz sayı (Kuryer) Məbləğ (Kuryer) sütunlarından bu məlumatları əldə edə bilərik.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?