Ana içeriğe geç

Hesabat yarat

Günlük və ya aylıq hesabata necə baxa bilərik?

Bu hafta güncellendi

POS terminallarından çıxarılan hesabatlar yalnız satış əməliyyatlarını əks etdirir və əsasən müəssisənin gəlirini izləmək üçün istifadə olunur. Bu cür hesabatlar, satış nöqtələrində baş verən hər bir əməliyyatı izləməyə imkan verir. Müəssisələr bu hesabatlar vasitəsilə satış həcmini, populyar məhsulları, gəlirləri və digər əhəmiyyətli göstəriciləri təhlil edirlər.

Hesabata baxmaq üçün Satış Terminalında üst menyudan "3 xətt" → "Hesabat yarat" buttonuna daxil oluruq.

💡Bu bölmənin görünməsi üçün vəzifə icazələrində uyğun icazənin aktiv olması gərəkdir.

Açılan pəncərədə müvafiq xanalardakı bəndləri istəyə uyğun olaraq seçib hesabat çıxara bilərsiniz.

  • Tarix- Avtomatik olaraq sistem üzərində qeyd edilmiş işin başlanğıc saatı və tarix aralığı qeyd edilmiş olur. İstəyə uyğun olaraq tarix və saat intervalını dəyişə bilərsiniz.

  • Terminal - Terminallara uyğun hesabat çıxarılır. Satışlar hansı terminalda edilibsə o terminalın hesabatına aid ediləcək. Misal üçün, "Terminal 1" seçildikdə, "Terminal 1" üzrə açılmış bütün çeklərin hesabatı gələcək.

  • Hesabat növü - hesabat növünü seçə bilərsiniz. Seçdiyiniz tarix aralığında burada seçdiyiniz hesabat növü üzrə satışları görəcəksiniz.

  • Əməliyyatlar və Hesablar:

    Əməliyyatlar - aktiv edildikdə, arxa paneldə və ya terminalda Kassa hesabında edilmiş maliyyə əməliyyatlarını hesabatda əks etdirəcək.

    Hesablar - aktiv edildikdə isə yalnız, kassa maliyyə hesabını görəcəksiniz.

Sizə lazım olan funksiyaları aktiv etdikdən sonra, aşağıda qeyd olunan "Hesabat yarat" buttonuna klikləməlisiniz. Hesabatı printerdən də çap etmək mümkündür. Bunun üçün yuxarı sağ tərəfdə olan "Çap et" düyməsini klikləməlisiniz.

Kassa növbəsi

Kassa növbəsi hesabatı düyməsindən istifadə edərək, seçilmiş tarixdə neçə kassa növbəsi hesabatı olubsa, hər birini görə biləcəksiniz. Üzərinə klik etdiyiniz zaman isə həmin hesabat sağ tərəfdə əks olunacaq.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?