Ana içeriğe geç
Şübhəli hərəkətlər

Çekdəki şübhəli hərəkətlərə necə nəzarət etmək olar?

İbrahim Mammadzada avatar
Yazar: İbrahim Mammadzada
Bir aydan uzun süre önce güncellendi

Şübhəli Hərəkətlərin Fərqləndirilməsi

Satış → Çeklər bölməsində şübhəli hərəkətlərin izlənməsi üçün aşağıdakı addımlara diqqət yetirilməlidir:

  • Çekin ID-sinə diqqət yetirin: Şübhəli hərəkətlərə nəzarət etmək üçün ilk olaraq çekin ID-sinə baxılır.

  • Sarı rənglə işarələnmiş çekləri izləyin: Əgər çek sarı rənglə işarələnibsə, bu, həmin çekin digər çeklərdən fərqləndiyini və orada şübhəli hərəkətin ola biləcəyini göstərir.

  • Xəbərdarlıq ikonu olan çeklər: Əgər çekin qarşısında sarı nida ikonu varsa, bu çekdə şübhəli hərəkətlərin olduğunu göstərir.

Şübhəli Hərəkətlərin İdarə Edilməsi

Arxa paneldə şübhəli hərəkətləri aktiv və ya deaktiv etmək üçün aşağıdakı addımları izləyin:

  • Arxa panelin əsas menyusundan Tənzimləmələr bölməsinə keçid edin.

  • Tənzimləmələr daxilində Çeklər hissəsini açın.

  • Çeklər bölməsindəki Hərəkətlər hissəsini tapın.

  • Hərəkətləri şübhəli hərəkət kimi aktiv və ya deaktiv etmək üçün müvafiq seçimi edin.

  • Dəyişikliklərin qüvvəyə minməsi üçün Saxla düyməsinə klik edin.

Şübhəli Hərəkətlərin Təhlili

Satış - Çeklər bölməsində şübhəli hərəkətləri izləmək üçün aşağıdakı addımları yerinə yetirə bilərsiniz:

  • Çekin ID-sinə klik edin: Satış - Çeklər bölməsindən şübhəli hərəkətləri izləmək istədiyiniz çekin ID-sinin üzərinə vuraraq həmin çekə daxil olun.

  • Tarixçə hissəsinə baxın: Çekə daxil olduqdan sonra, Tarixçə hissəsinə keçin.

  • Hərəkətləri izləyin: Tarixçə bölməsindəki hərəkətlərə nəzər yetirin. Əgər hərəkət sarı nida işarəsi ilə göstərilibsə, bu, həmin hərəkətin şübhəli olduğunu bildirir.

  • Şübhəli hərəkətlərin sayını yoxlayın: Çekin sağ aşağı küncündə, həmin çekdə neçə ədəd şübhəli hərəkət olduğu qeyd olunub.

💡Şübhəli hərəkəti deaktiv etdikdən sonra artıq deaktiv etdiyiniz hərəkətlər şübhəli hərəkət olaraq görünməyəcək. Lakin bundan öncəki çeklər vurularkən bu funksiya aktiv olduğu üçün, onların tarixçəsində şübhəli hərəkətlər görünəcək.​

Şübhəli Hərəkətlərin Filtrlənməsi və İzlənməsi

  1. Filtr tətbiq edin:

    • Əgər şübhəli hərəkətlərə əsaslanaraq filtr tətbiq edib baxmaq istəyirsinizsə, Statistikalar - Tarixçə bölməsinə daxil olun.

    • Burada Hərəkətlər bölməsindən istədiyiniz hərəkəti seçə bilərsiniz.

  2. Şübhəli hərəkətləri birbaşa izləyin:

    • Sadəcə şübhəli hərəkət olan çekləri izləmək üçün, səhifənin sağ yuxarı küncündə yerləşən Şübhəli hərəkətlər seçiminə klik edərək həmin çeklərə baxa bilərsiniz.


Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?