Ana içeriğe geç

Barkod printerinin driverinin yazılması və sazlanması

Barkod printerinin driveri necə yazılmalı və sazlanmalıdır?

Nurane avatar
Yazar: Nurane
Bu hafta güncellendi

Barkod printerlərinin quraşdırılması

Barkod — məhsul və ya obyekt haqqında məlumatı saxlayan qrafik koddur. Barkod printeri isə bu kodları xüsusi etiketlər üzərinə çap edən cihazdır. Ticarət, anbar və logistika sahələrində geniş istifadə olunur.

Kabel bağlantısı və cihazın qoşulması

Barkod printerindən istifadə etməyə başlamaq üçün öncə cihazın kompüterə fiziki olaraq qoşulması lazımdır. Ən çox istifadə olunan bağlantı növü USB-dir. Printerin USB kabeli kompüterə, enerji kabeli isə elektrik şəbəkəsinə qoşulur. Cihaz işə düşdükdə indikator lampası vasitəsilə aktiv olduğunu göstərir.

Driver-in quraşdırılması

Printerin işləməsi üçün tələb olunan driver-i yüklə sözünə klik edərək endirə bilərsiniz. Faylı işə salaraq quraşdırmanı tamamlayın.

Default printer olaraq təyin edilməsi

Driver yazıldıqdan sonra barkod printerini əsas printer kimi təyin etmək üçün:

  • Control PanelDevices and Printers bölməsinə daxil olun.

  • Barkod printerin üzərinə sağ klikləyin və Set as default printer seçin.

Bu addımdan sonra sistem avtomatik olaraq bütün çap əmrlərini həmin printerə yönləndirəcək.

💡 Setup yüklənərkən printer default (əsas) olaraq seçilibsə, bu addımı yerinə yetirməyə ehtiyac yoxdur.

Printerin kağız ölçülərini necə tənzimləmək olar?

Çeklərin düzgün şəkildə çıxması üçün printerin kağız ölçülərini düzgün təyin etmək vacibdir. Bunun üçün aşağıdakı addımları izləyin:

  • Kompüterinizin “Devices and Printers” bölməsinə daxil olun.

  • İstifadə etdiyiniz printerin üzərinə klik edin.

  • Açılan menyudan “Printing preferences” bölməsinə keçin.

Əgər müxtəlif ölçülü kağızlardan istifadə edirsinizsə, onların hamısını sistemə əlavə etmək tövsiyə olunur. Bu, çap zamanı düzgün ölçünü asanlıqla seçməyə imkan verəcək.

Page Setup tənzimləmələri

  • “Stock” sətrində “New” düyməsinə klikləyin və yeni ölçünü əlavə edin.

  • Açılan səhifədə:

  • Name: Kağız ölçüsünün adını yazın (məsələn, "60x40 mm ").

  • Label Size: Burada da eni və uzunluğu mm ilə daxil edirsiniz. Daxil etdiyiniz ölçülər sağ tərəfdə vizual olaraq kağızın formasında əks olunacaq.

  • Exposed Liner Widths: Kağızın içərisinin (çap hissəsinin) enini qeyd edirsiniz.

Bu şəkildə bütün istifadə etdiyiniz kağız ölçülərini sistemə əlavə edə bilərsiniz. Beləliklə, hər çap zamanı düzgün ölçünü seçmək daha asan və sürətli olacaq.

Graphics tənzimləmələri

  • Graphics bölməsinə keçin.

  • Burada “None” variantını seçin. Bu ayar, çap zamanı yazıların dəqiq və düzgün görünməsi üçün vacibdir.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?