Printerlərinizin cərəyana qoşulmuş olmasından əmin olun.
Clopos Terminalı proqramı olan cihaz ilə Printerlərinizin eyni internet şəbəkəsində olmasından əmin olun.
Clopos terminalında sağ yuxarı hissədə yerləşən admin menyu bölməsinə daxil olun.
4.Açılan bölmədə cihazlar hissəsinə keçid edin.
5.Açılan pəncərədə printerlər bölməsində yenilə düyməsini sıxırıq.
Printerləri axtardıqdan sonra printerləri şöbələrə uyğun sazlamaq lazımdır. Misal olaraq aşağıdakı şəkildə 192.168.0.148 İP ünvanlı (qeyd: sizdə İP ünvanlar fərqli ola bilər
) printerin ox işarəsinə vuraraq seçilməsi lazım olan şöbələrin ayarlanmasına keçid alırıq.
Uyğun olan şöbəni (Mətbəx) seçirik və əgər çek çıxarkən səs çıxarmağını istəyiriksə "Make sound" sözünə vururuq.
Sağ hissədə yerləşən "Printeri test et" düyməsindən istifadə edərək printeri test edə bilərik.