Ana içeriğe geç

Barkod tətbiqi aktiv edilməsi və istifadə qaydası

Barkod tətbiqi necə aktiv edilir və necə çap edilir?

Nurane avatar
Yazar: Nurane
2 haftadan uzun süre önce güncellendi

Tətbiqin aktiv edilməsi:

Barkodların çap edilə bilməsi üçün qeyd edilən tətbiq aktiv edilməlidir. Tətbiqi aktiv etmək üçün Arxa panel → Tətbiqlər → Hamısı bölməsinə daxil olub, Barkod generatoru tətbiqini seçərək qoşulun. Bu tətbiq üçün aylıq ödəniş tələb olunmur. Tətbiqə qoşulduqdan sonra Tətbiqlər bölməsinə əlavə ediləcək.

Barkod printerinin driverinin necə sazlanması haqqında məlumat əldə etmək istəyirsinizsə, Barkod printeri sözünə klik edərək, lazımi məlumatları əldə edə bilərsiniz.

Barkod çapının dizaynının tənzimlənməsi

Barkodu çap etməzdən əvvəl, onun hansı formada və dizaynda olacağını təyin etmək vacibdir. Bu, həm oxunaqlılığı artırır, həm də müəssisənin ümumi vizual üslubuna uyğunlaşmanı təmin edir. Barkodun şriftini, ölçüsünüdizaynını şəxsi zövqə və tələblərə uyğun olaraq bu səhifədən tənzimləyə bilərsiniz.

Bütün parametrləri tənzimlədikdən sonra "Saxla" düyməsini klikləyin ki, etdiyiniz dəyişikliklər yadda qalsın. "Test çapı" düyməsinə klikləyərək seçdiyiniz dizayn üzrə barkodun nümunə çapını həyata keçirə bilərsiniz. Bu sizə, sonuncu versiyanın necə görünəcəyini fiziki olaraq yoxlamaq imkanı verir.

Məhsulların çap edilməsi

Məhsulların barkodunu çap etmək üçün əvvəlcə Menyu → Məhsullar bölməsinə daxil olun. Daha sonra Toplu seçim vasitəsi ilə bir neçə məhsul seçin. Seçimlərinizi etdikdən sonra ekranın yuxarı sağ hissəsində yerləşən Barkodları çap et düyməsini klik edin. Bu addımlar ilə məhsulların barkodlarını asanlıqla çap edə bilərsiniz.

Sağ tərəfdən bu şəkildə bir pəncərə açılacaqdır. Pəncərədə məhsulların adı və barkodu göstəriləcək. Say bölməsində isə həmin barkoddan neçə ədəd çap etmək istədiyinizə görə sayı daxil edə bilərsiniz. Sonra yuxarıdakı Print etmək düyməsinə klik edərək, sizi Print səhifəsinə yönləndirəcəkdir.

Bu şəkildə bir pəncərə açılacaq və Barkodlarınızın ilkin nümunəsini görəcəksiniz. Yuxarı sağda yerləşən Print düyməsinə klik edərək, Barkodlarınızı çap etmə prosesini tamamlayırsınız. Bu addımla çap prosesi başa çatmış olur və məhsullarınızın barkodları çap edilir.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?