Ana içeriğe geç
Satış - çeklər

Arxa paneldən çeklərə necə baxmaq olar?

Nurane avatar
Yazar: Nurane
8 aydan uzun süre önce güncellendi

Çeklərinizə baxmaq üçün, Arxa paneldən Satış Çeklər bölməsinə daxil olursunuz. Burada açıq, bağlı, silinmiş və birləşdirilmiş çekləri görə bilərsiniz. Bağlı çeklər - , açıq çeklər - sarı, silinmiş və birləşdirilmiş çeklər isə - qırmızı rəngdə qeyd olunur. Silinmiş çeklər hər zaman açıq olmur. Siyahıda görünməsini istəyirsinizsə, Filterdən "Silinmiş çekləri göstər" bölməsini aktiv etməlisiniz.

Bu bölmədə filter vasitəsi ilə ümumi, açıq və silinmiş və birləşdirilmiş çeklərə ayrılıqda baxmaq mümkündür.

Çeklərə ətraflı baxmaq üçün, çekin id kodunun üzərinə klik edirik. Sağ tərəfdə pəncərə açılır. Açılmış pəncərədə Çek bölməsindən çekə vurulan məhsulları, qiymətini, maya dəyərini və s. görmək olur.

Tarixçə hissəsində çekin açılma və bağlanma vaxtları arasında, çek üzrə aparılan bütün əməliyyatları həmçinin kim tərəfindən həyata keçirilməsini görə bilərsiniz. Bundan başqa aşağıda Ön çekşübhəli hərəkətlərin sayını da görmək mümkündür. Çekdəki şübhəli hərəkətlərin önündə sarı rənglər qeyd edilir ki, bu da onların aydın görünməsinə kömək edir. (qırmızı rəng ilə işarələnmiş xanalar şübhəli əməliyyatlardır)

Çıxarılan ehtiyat bölməsində çek üzrə anbardan silinən məhsulların miqdarını və onların maya dəyərini göstərir.

Əgər çek satış terminalından geri qaytarılıbsa, bu zaman Geri qaytarılma bölməsində buna aid məlumatları görə bilərsiniz.

Aşağıdakı şəkildə işarələnmiş hissə axtardığınız çeki rahat şəkildə tapmaq üçün istifadə olunur. Filter edərək satış terminalı, əməkdaş, məhsul, zal və s. üzrə axtarış edib baxa bilərsiniz.

Çeklər üzrə satışlara baxarkən bir sıra məlumatları görə bilərsiniz. Burada "Hesab" sütunu məhsulların satış məbləğinin cəmi, "Yekun" isə endirim, xidmət haqqı və s. dəyərlərin hesablanmasından sonra çekdəki yekun qiymətin cəmidir.

Çekin üzərində 3 nöqtədən dəyiş vuraraq, çekin ödəniş üsulunu dəyişə bilərsiniz.

qeyd: bir çek həm kart həm də nağd şəklində bağlanıbsa bu zaman dəyiş funksiyası passiv olur

Export düyməsinin köməyi ilə çek məlumatlarını excel faylı kimi yükləyə bilərsiniz.

Çeklərin silinməsi haqqında ətraflı məlumat üçün, Çeklərin silinməsi sözünə klik edərək baxa bilərsiniz.

Bu cevap sorunuzu yanıtladı mı?