Clopos olaraq sizə istifadə etdiyiniz məhsulları maksimum fərdiləşdirmə imkanı vermək üçün çalışırıq. Çek Konstruktor funksiyası isə çap olunacaq çekləri istəyinizə uyğun şəkildə dizayn etməyiniz üçün düşünülüb.
Çek quruluşunu dəyişmək
Çek konstruktoru bölməsinə keçmək üçün aşağıdakı addımları izləməyiniz kifayətdir:
Arxa ofis idarəetmə panelindən "Tənzimləmələr"ə keçin
"Çeklər" bölməsini seçin
"Konstruktor"a klikləyin
Açılan səhifədə hazırkı çek dizaynınızı görəcək və istədiyiniz kimi dəyişə biləcəksiniz.
Məlumatları çekdə göstərmək və ya gizlətmək
Çek konstruktoruna daxil olduğunuz an çap olunacaq çeklərinizə daxil etmək və ya çıxarmaq istədiyiniz məlumatların siyahısı ilə qarşılaşacaqsınız. Etdiyiniz dəyişikliklər elə həmin an ekranınızın sağ tərəfindəki çekdə əks olunacaq.
Çek dizaynını dəyişmə prosesi bir nümunə ilə izah edək. Əvvəlcə bütün düymələri söndürərək ekranın sağ tərəfində boş çek əldə edirik. Bundan sonra yavaş-yavaş məlumatları çekə əlavə etməyə başlayırıq. Əlavə edə biləcəyiniz məlumatlar aşağıda qruplaşdırılıb.
Brend məlumatları
Çekləri brendinizə uyğunlaşdırmaq və hansı filialınıza uyğun olduğunu asanlıqla ayıra bilmək üçün onlara brendinizə özəl məlumatlar əlavə edə bilərsiniz:
Brend loqosu*
Brend adı
Ünvan
Şəhər
Qeyd edək ki, yalnız loqo və adın ardıcıllığını dəyişmək mümkün deyil. Çekdə çap ediləcək digər bütün məlumatlarda sıralamanı istədiyiniz kimi dəyişə bilərsiniz.
*Brend loqosunu çekdə göstərə bilmək üçün ilk olaraq loqonu sistemə yükləmiş olmağınız lazımdır. Bunun üçün Arxa ofis idarəetmə panelində sağ hissədəki “Tənzimləmələr” bölməsindən “Ümumi”yə keçib, “Brend tənzimləmələri” səhifəsindən loqonun şəklini yükləməyiniz kifayətdir.
Çek məlumatları
Çap olunmuş çekdə çek məlumatlarının olması sizə geri qaytarma və ya maliyyə axınının izlənilməsi kimi prosesləri şəffaflaşdırmağa kömək edə bilər. Çekə əlavə edə biləcəyiniz məlumatlar bunlardır:
Çek nömrəsi – Hər çekə özəl identifikasiya nömrəsi
Çek sahibi – Çeki açan əməkdaşın adı
Açılma vaxtı – Satışın başladığı vaxt
Bağlanma vaxtı – Satışın bitdiyi vaxt
Məhsul məlumatları
Çekdə məhsulların sadəcə adını deyil, əlavə məlumatlarını da artırmağınız tövsiyə olunur. Beləliklə, həm siz, həm də müştərilər hər məhsulun ayrılıqda qiyməti və ya özəlliklərini görə biləcək:
Çekdəki məhsul – Sifariş edilmiş məhsulların ayrılıqda adı, miqdarı və qiyməti*.
• Qiymət – Məhsulun 1 ədədi üçün nəzərdə tutulmuş məbləğ
• Cəm – Məhsulun sayına əsasən hesablanan ümumi məbləğ
Vergi – Hər məhsula tətbiq olunmuş vergi məbləği
Barkod – Hər məhsulun barkodu
Endirim – Hər məhsula ayrı-ayrı edilmiş endirim miqdarı
Modifikatorlar – Məhsullara əlavə olunmuş modifikator(lar)
*Məhsulun qiymətini çekdə göstərərkən 4 fərqli seçiminiz var:
Qiymət - Məhsulun vergi məbləği ilə birlikdə qiyməti
Vergisiz qiymət - Məhsulun vergi məbləği üstünə gəlinməmiş qiyməti
Endirimli qiymət - Məhsulun vergili qiymətindən endirim məbləğinin çıxıldığı qiymət
Endirimli və vergisiz qiymət - Məhsulun vergisiz qiymətindən endirim məbləğinin çıxıldığı qiymət
Nəzərinizdə olsun ki, vergi və endirim məbləğini hər məhsul üçün ayrı-ayrı qeyd etməkdən əlavə, ümumi çek məbləğinə əsasən də qeyd edə bilərsiniz.
Satış və ödəmə məlumatları
Satışın necə reallaşdığı, yekun ödəniş məbləğinə təsir edən faktorlar və s. kimi məlumatları çeklərə əlavə edərək onları daha anlaşılan və detallı etmək mümkündür. Bunun üçün artıra biləcəyiniz məlumatlar:
Satış üsulu və Masa - Satışın necə və harada reallaşdığı
Qonaq sayı - Satış reallaşan masada olan qonaq sayı
Kassir - Satışı sistemə kimin daxil etdiyi
Kuryer - Çatdırılma əsaslı satışlarda kuryerin kim olduğu
Cəm - Çekdəki məhsulların ümumi məbləği. Bu məbləği göstərə bilərsiniz:
3.1. vergisiz
3.2. vergili
3.3. ikram qiyməti ilə birlikdə
Vergi - Çekdəki bütün məhsullara əlavə olunan ümumi vergi məbləği
Vergi məlumatları - Məhsullara hansı vergilərin əlavə olunduğunun detalları
Xidmət haqqı - Cəmə əsasən hesablanan xidmət haqqı məbləği
Çatdırılma - Sifarişin çatdırılma haqqı
Endirim - Məhsul(lar)a və ya çekə tətbiq edilmiş ümumi endirim məbləği
İkram - Hədiyyə olaraq verilmiş məhsulların ümumi məbləği
Yekun - Bütün hesablamalardan sonra müştərinin ödəməli olduğu məbləğ
Ödəniş üsulu - Ödənişin hansı üsulla (kart, nağd və s.) edildiyi barədə məlumat
Müştəri məlumatları
Çeklərdə müştəri məlumatlarını çap edərək onlarla fərdiləşdirilmiş xidmət təklif etmiş olacaqsınız. Beləliklə, müştərilərlə dəyərli olduqlarını hiss etdirərək şəxsi əlaqənizi və bağlılığı artıra bilərsiniz. Əgər siz də daimi müştərilərinizə fərdiləşdirilmiş xidmət təklif etmək istəyirsinizsə, çeklərdə müştəri məlumatlarını qeyd etməyi seçə bilərsiniz:
Ad - Sifariş verən müştərinin adı
Balans - Müştərinin balansı (və loyallıq balansı)
Mobil nömrə - Müştərinin əlaqə nömrəsi
Ünvan - Müştərinin dəqiq ünvanı
Açıqlama - Çekə əlavə edilmiş qeyd
Son düzəlişlər
Çekdə görünməsini istədiyiniz məlumatları seçdikdən sonra, hansı ardıcıllıqla və necə görünəcəklərinə qərar verə, analşıqlılığı artırmaq üçün bəzi elementlər (xətt, mətn və ya boşluq) əlavə edə bilərsiniz.
Sıralamanı dəyişmək
Çap olunacaq çek məlumatlarını istədiyiniz kimi qruplaşdırmaq olar. Bunun üçün bəndlərin sol hissəsində yerləşən 6 nöqtədən ibarət ikonun üstünə gəlməlisiniz. Daha sonra mausda sağ kliki basılı saxlayaraq bəndi istədiyiniz yerə sürüşdürə bilərsiniz.
Xətt əlavə etmək
Məlumatları qruplaşdırmaq üçün aralarına əlavə xətt artırmaq istəsəniz, "Əlavə et" düyməsindən "Xətt" sözünü seçə bilərsiniz. Bu zaman ən aşağıda boşluq bəndi yaranacaq. Həmin bəndin sol hissəsindəki 6 nöqtə vasitəsilə bu xətti istədiyiniz yerə sürüşdürə bilərsiniz.
Boşluq buraxmaq
Məlumatların daha səliqəli görünməsi üçün çekə boşluqlar əlavə etmək yaxşı seçimdir. Bunun üçün "Əlavə et" düyməsindən "Boşluq" sözünü seçməyiniz yetərlidir. Bu zaman aşağıda boşluq bəndinin yarandığını görəcəksiniz. Sol hissəsindəki 6 nöqtəyə gələrək bu boşluğu istədiyiniz yerə sürüşdürə bilərsiniz.
Mətn artırmaq
Çeklərə istədiyiniz qədər əlavə çeklər artırmaq mümkündür. Bu imkandan müştərilərinizə şəxsi mesaj vermək, hansısa kampaniya barədə məlumatlandırmaq və s. üçün istifadə edə bilərsiniz. Mətn əlavə etmək üçün "Əlavə et" düyməsindən "Mətn" sözünü seçməyiniz yetərlidir. Bu zaman aşağıda boşluq bəndinin yarandığını görəcəksiniz. Sol hissəsindəki 6 nöqtəyə gələrək bu mətni istədiyiniz yerə sürüşdürə bilərsiniz.
Dəyişiklikləri sıfırlamaq və ya yadda saxlamaq
Bu qədər! Artıq çekləri istədiyiniz kimi dizayn etmiş oldunuz. Dəyişikliklər xoşunuza gəlməsə, "Sıfırla" düyməsini seçərək standart çek quruluşuna qayıda və ya "Saxla" düyməsini seçərək yaddaşa verə bilərsiniz.
Əlavə əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: