Çeklərinizə baxmaq üçün Arxa paneldən Satış→ Çeklər bölməsinə daxil olun. Burada açıq, bağlı, silinmiş və birləşdirilmiş çekləri asanlıqla görə bilərsiniz. Bağlı çeklər ağ rəngdə, açıq çeklər sarı rəngdə, silinmiş və birləşdirilmiş çeklər isə qırmızı rəngdə qeyd olunur. Silinmiş çeklər filteri hər zaman açıq olmur. Əgər siyahıda silinmiş çekləri görmək istəyirsinizsə, Filter bölməsindən Silinmiş çekləri göstər seçimini aktiv etməlisiniz.
Bu bölmədə filter vasitəsi ilə ümumi, açıq və silinmiş və birləşdirilmiş çeklərə ayrılıqda baxmaq mümkündür.
Çeklərə ətraflı baxmaq üçün, müvafiq çekin ID kodunun üzərinə klikləyin. Sağ tərəfdə yeni bir pəncərə açılacaq. Açılmış pəncərədə, Çek bölməsindən çəkə daxil edilmiş məhsulları, onların qiymətini, maya dəyərini və digər müvafiq məlumatları asanlıqla nəzərdən keçirə bilərsiniz.
Tarixçə hissəsində, çekin açılma və bağlanma vaxtları arasında baş vermiş bütün əməliyyatları, həmçinin bu əməliyyatları kimlərin həyata keçirdiyini görə bilərsiniz. Əlavə olaraq, aşağı hissədə Ön çek və Şübhəli hərəkətlər sayını da görüntüləmək mümkündür. Çekdəki şübhəli hərəkətlər sarı rənglə işarələnir, bu da onların daha aydın görünməsinə kömək edir.
Çıxarılan ehtiyat bölməsində çek üzrə anbardan silinən məhsulların miqdarını və onların maya dəyərini göstərir.
Əgər çek satış terminalından geri qaytarılıbsa, bu zaman Geri qaytarılma bölməsində buna aid məlumatları görə bilərsiniz.
Aşağıdakı şəkildə işarələnmiş hissə axtardığınız çeki rahat şəkildə tapmaq üçün istifadə olunur. Filter edərək satış terminalı, əməkdaş, məhsul, zal və s. üzrə axtarış edib baxa bilərsiniz.
Çeklər üzrə satışlara baxarkən bir sıra məlumatları görə bilərsiniz. Burada "Hesab" sütunu məhsulların satış məbləğinin cəmi, "Yekun" isə endirim, xidmət haqqı və s. dəyərlərin hesablanmasından sonra çekdəki yekun qiymətin cəmidir.
Çekin üzərində 3 nöqtədən dəyişmək vuraraq, çekin ödəniş üsulunu dəyişə bilərsiniz.
💡Qeyd edək ki istənilən ödəniş üsulunu əlavə edə bilərsiniz. Lakin Müştəri balansı cə Cashback ödəniş üsullarını əlavə etmək mümkün deyildir.
Export düyməsinin köməyi ilə çek məlumatlarını excel faylı kimi yükləyə bilərsiniz.
Çeklərin silinməsi haqqında ətraflı məlumat üçün, Çeklərin silinməsi sözünə klik edərək baxa bilərsiniz.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: