Restoranlar kimi daimi dəyişkən və dinamik sahələrdə qiymət strategiyasının nə qədər önəmli olduğunu anlayırıq. Sahənin sürətinə çata bilməyiniz və qiymətləri tələb-təkliflərə rahatlıqla uyğunlaşdırmağınız üçün Clopos restoran idarəetmə proqramı olaraq sizə yeni funksiyamızı təqdim edirik: Qiymət cədvəlləri.
Qiymət cədvəlləri nədir və nə işə yarayır?
Qiymət cədvəlləri sadəcə qiymət strategiyanızı sadələşdirmək deyil, o cümlədən müştəri məmnuniyyəti və gəlirliliyinizi artırmaq üçün düşünülmüş həll yoludur. Gəlin qiymət cədvəllərinin biznesinizə qatacağı üstünlüklərə yaxından nəzər yetirək.
– Hər senariyə uyğun qiymətləndirmə: Qiymət cədvəlləri sayəsində müxtəlif senarilər üçün fərqli qiymət strukturları yarada bilərsiniz. İstər onlayn, istər fiziki satış zamanı, istərsə də kampaniyalar zamanı qiymət cədvəlləri sizə qiymətləri asanlıqla tənzimləmə imkanı verir.
– Dəyişikliklərə uyğunlaşmaqda çeviklik: Satış dünyasında dəyişiklik daimidir. Qiymət siyahıları isə bazar dəyişiklikləri, xüsusi bayramlar kimi fərqli satış hadisələrinə real vaxt rejimində uyğunlaşmaq imkanı qazandırır. Məsələn, bayrama özəl qiymət cədvəlləri yaradıb hər bayram həmin cədvəli aktivləşdirərək 1-1 dəyişiklik etmək dərdindən qurtulmuş və bazara sürətlə uyğunlaşmış olursunuz.
– Məlumata əsaslanan qərarlar vermək: Müxtəlif qiymət cədvəllərinin performansını təhlil edərək hansı strategiyanın daha yaxşı işlədiyini rahatlıqla seçə bilərsiniz. Beləliklə, həm satışları, həm də gəlirliliyi artırmaq imkanınız artır.
– Rəqabət üstünlüyü: Bazar dinamikasına sürətlə uyğunlaşaraq rəqabətli qiymətlər təklif edib rəqiblərinizdən geri qalmırsınız.
Əgər bu üstünlüklərdən yararlanmaq istəyirsinizsə, siz də qiymət cədvəlləri modulumuza qoşula bilərsiniz. Funksiyadan necə tam yararlana biləcəyinizi öyrənmək üçün məqaləni oxumağa davam edin.
Qiymət cədvəllərini aktivləşdirmək
Qiymət cədvəli bir moduldur və arxa ofis idarəetmə panelinə çıxışı olan hər istifadəçimiz rahatlıqla aktivləşdirə bilər. İzlənilməli addımlar isə çox sadədir:
Arxa ofis idarəetmə panelinin sol bölməsindən “Tətbiqlər”i seçin;
“Hamısı” bölməsinə keçid edin;
“Qiymət cədvəli” modulundan "Qoşulmaq" düyməsini seçin.
Modula qoşulduqdan sonra , "Tətbiqlər" bölməsinə modul əlavə olunur. Modula qoşulmuş olsanız belə, istifadə edə bilmək üçün statusunu aktivləşdirməyiniz tələb olunur. Bunun üçün:
Tətbiqlər→Qiymət cədvəlləri bölməsinə keçin;
“Status” düyməsini aktivləşdirin;
Yuxarı sağ hissədən “Saxla” düyməsini seçin.
💡 Xatırladaq ki, qoşulduğunuz bütün modulların istifadə edilib-edilməyəcəyi status düyməsi ilə tənzimlənir. Statusu istənilən vaxt aktiv və ya deaktiv etməyiniz mümkündür.
Cədvəl yaratmaq və redaktə etmək
Clopos restoran sistemində qiymət cədvəllərinin yaradılması sadə bir prosesdir. Müxtəlif qiymət strategiyalarına uyğunlaşmaq üçün 10-a qədər qiymət cədvəli yarada bilərsiniz. Başlamaq üçün bu sadə addımları yerinə yetirin:
Arxa ofis idarəetmə panelindən “Tətbiqlər”i seçin;
Açılan pəncərədən “Qiymət cədvəlləri” bölməsinə keçin.
Bu səhifədə yeni qiymət cədvəlləri yarada, yaratdıqlarınızı isə dəyişə və ya silə bilərsiniz. Yeni cədvəl yaratmaq üçün:
5. “Cədvəl əlavə et” düyməsini seçin;
6. “Cədvəl adı” qutusuna istədiyiniz adı yazın;
7. “Əlavə et” düyməsini seçin.
Yaratdığınız yeni cədvəllərin statusu avtomatik olaraq aktivləşir. Amma istədiyiniz vaxt bu cədvəlləri deaktivləşdirə bilərsiniz. Qeyd edək ki, qiymət cədvəli deaktivləşdirildikdə bu cədvələ bağlı olan məhsullar artıq əsas qiymətləri ilə satılmağa davam edəcək. Əgər cədvəlin adını dəyişmək istəsəniz:
8. Müvafiq cədvəlin sağındakı “qələm” ikonuna klikləyin;
9. İstədiyiniz adı daxil edin;
10. “Saxla” düyməsini seçin.
İstədiyiniz vaxt cədvəlləri silmək də mümkündür. Bunun üçün sadəcə olaraq:
Müvafiq cədvəlin sağından “X” ikonuna klikləyin;
“Sil” düyməsini seçin.
❗️ Qeyd edək ki, silinən cədvəllərin bərpası mümkün deyil. Əgər cədvəlləri silsəniz, bu cədvələ bağlı olan məhsulların satış qiymətləri kimi faktiki qiymətləri əsas götürülməyə başlayacaq.
Tənzimləmələr
Cədvəlləri yaratdıqdan sonra mütləq tənzimləmələr bölməsindən hansı filialda hansı cədvəlin işləyəcəyi, hansı satış üsulları üçün hansı cədvəldən istifadə ediləcəyi kimi detalları da qeyd etməyiniz vacibdir. Bunun üçün:
Arxa ofis idarəetmə panelinin sol bölməsindən “Tətbiqlər”i seçin;
“Qiymət cədvəli” modulu düyməsinə klikləyin;
Açılan pəncərənin “Tənzimləmələr” bölümünə keçin;
Daxil olduğunuz filialda hansı qiymət cədvəlinin əsas götürləcəyini seçin;
Həmin filialda satış üsullarına özəl qiymət cədvəlləri təyin edin;
Dəyişiklikləri etdikdən sonra “Saxla” düyməsini klikləyin.
Məhsullara cədvəl qiyməti əlavə etmək
Məhsulları yaratdıqdan sonra onlara cədvəl qiyməti əlavə edə bilərsiniz. Bunun üçün sadəcə olaraq qiymət cədvəllərini əvvəlcədən yaratmış olmağınız lazımdır. Daha sonra:
Arxa ofis idarəetmə panelindən “Menyu”nu seçin;
“Məhsullar” bölməsinə keçin;
Cədvələ görə qiymət əlavə etmək istədiyiniz məhsulun sağ hissəsindəki 3 nöqtə ikonuna klikləyib “Qiymətlər”i seçin.
Açılan pəncərədə məhsulun maya dəyəri və əsas satış qiymətini görəcəksiniz. Cədvəl qiyməti əlavə etmək üçün isə:
4. “Əlavə et” düyməsini klikləyin;
5. “Seç” qutusundan yaratdığınız cədvəllərdən birini seçin;
6. Cədvələ uyğun qiyməti manat ikonu olan qutuya yazın;
7. “Saxla” düyməsi ilə dəyişiklikləri yaddaşa verin.
Qeyd edək ki, yaratdığınız qiymətləri eyni pəncərədən istədiyiniz zaman dəyişə və ya “X” ikonuna klikləyərək silə bilərsiniz. Sadəcə olaraq dəyişiklik etdikdən sonra "Saxla" düyməsini seçməyi unutmayın.
Ümid edirik bu məqalə sizə qiymət cədvəlləri barədə lazımınız olan məlumatı verdi. Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: