QR menyu idarəsi

QR menyu modulunun konfiqurasiyası

Nurane avatar
Yazar: Nurane
Bir haftadan uzun bir süre önce güncellendi

QR menyu modulunu konfiqurasiya etmək üçün ilk öncə Tənzimləmələr→ Modullar bölməsindən QR menyu modulunu aktiv etmək lazımdır.

Menyu quruluşu hissəsindən menyu ardıcıllığını dəyişə bilərsiniz. Dəyişiklikləri yadda saxlamaq üçün sağ yuxarı hissədə yerləşən Saxla düyməsinə klik edirik. Etdiyiniz dəyişiklikdən imtina etmək üçün, sıfırla düyməsini klikləyə bilərsiniz.

QR Menyu → Məhsullar bölməsindən E-menyuda görsədilməsi tələb olunan məhsulları tək-tək və ya toplu şəkildə seçmək olar. Toplu seçim zamanı "Toplu əməliyyatlar" bölümünə klik edərək dəyiş bölümünü seçirik.

Daha sonra QR menyuda bizə lazım olan məhsulları seçib Tətbiq et bölümünə daxil oluruq.

Açılmış pəncərədə Göstər bölümünü aktiv edib saxla düyməsinə klik edirik. Həmçinin burada məhsulun hansı kateqoriyada olmasını da seçə bilərsiniz.

Bu zaman QR menyuda bizə lazım olan seçilmiş məhsulların Göstər bölümündə aktiv olduğunu görəcəksiniz.

QR Menyu modulunun dizaynı və ayarlarını aşağıdakı qaydada edə bilərsiniz.

Arxa paneldən QR menyu bölməsinə daxil olaraq Tənzimləmələr hissəsindən brendinizə uyğun ayarları təyin edirik.

  • E-menu aktivdir - QR menyu bölümünü aktiv və ya passiv etmək

  • Xidmət haqqını gizlət - Təyin edilmiş xidmət haqqını gizlədə və ya göstərə bilərsiniz

  • Ofisiant çağırma statusu - Ofisiant çağırmanı aktivləşdirmək

  • Hesabı istəmə statusu - Hesabın istənilməsi

  • Masadan sifariş etmək - Masadan sifarişlərin qəbul edilməsini aktivləşdirmək

  • WhatsApp sifarişi statusu - WhatsApp tətbiqi üzərindən sifarişlərin qəbul edilməsi

  • WhatsApp sifariş nömrəsi - Sifarişlərin WhatsApp üzərindən qəbulu üçün təyin edilən nömrə

    İlk olaraq QR menyu modulunu aktiv edirsiniz. Sizə lazım olan xidmətləri aktiv və ya passiv edərək ayarlıya bilərsiniz. Dillər bölümündə E-menu modulu üçün istifadə etmək istədiyiniz dilləri əlavə edirsiniz. QR kod bölümündən QR menyu kodunu yükləyərək çap edə bilərsiniz. QR kod yüklənərkən həm ümumi, həm də hər bir masaya uyğun yüklənir. Qeyd olunmuş link vasitəsi ilə qr menyuya daxil ola bilərsiniz.

Masalara uyğun QR kodları scan edilərkən, müştərilər QR menyu-dan Ofisiant çağırma, hesabı istəmə, masadan sifariş etmək statuslarından yararlana bilər. Bunun üçün ilk öncə bu funksiyalar arxa paneldə aktiv olmalıdır.

İndi isə gəlin Qr menyudan məhsulun sifariş edilməsi və bir sıra funksiyaların tətbiqi ilə yaxından tanış olaq.

QR kodu masaya uyğun scan etdikdən sonra, sifariş edəcəyimiz məhsulları səbətə əlavə edirik.

Səbətə daxil olub sifarişimizi təsdiqləyirik.

Bu zaman məkanın satış terminalı ekranında bununla bağlı bildiriş gələcək. Terminaldan siz bu sifarişi qəbul edə və ya qəbul etməyərək ( İqnor et ) sifarişi ləğv edə bilərsiniz.

Əgər qarson çağırmaq istəyirsinizsə, aşağıdakı bölməyə daxil olub təsdiq etməyiniz kifayətdir.

Bu zaman Terminal ekranına bununla bağlı bildiriş gəlir.

Hesabı istədikdə isə Çek bölməsinə daxil olaraq, Kart və ya Nağd ödəniş növünü seçərək təsdiq edirsiniz.

Bundan başqa Whatsapp üzərindən Sifariş qəbul etmək üçün ilk öncə arxa paneldə sifarişlərin gələcəyi, whatsapp hesabı olan nömrə qeyd edib saxla düyməsini vurursunuz. Daha sonra ümumi QR kodunu (masalara görə olmayan) təqdim edərək sifarişləri rahatlıqla qəbul edə bilərsiniz. Sifarişlər Sizin whatsapp nömrənizə mesaj olaraq gələcək.

Web brauzer üzərindən də yaratmış olduğunuz QR menyu bölümünə baxa bilərsiniz. Bunun üçün bend adınızı istifadə edərək clopos.menu linkinə daxil olmalısınız.

  • Nümunə: https://sizin brendiniz.clopos.menu

Bu cevap sorunuzu yanıtladı mı?