Ana içeriğe geç
Dəyərləndirmə

Çekdə dəyərləndirmə qr kodu necə aktiv edə bilərik?

Nurane avatar
Yazar: Nurane
7 aydan uzun süre önce güncellendi

Dəyərləndirməni aktiv etmək üçün, Arxa panel→Tənzimləmələr→Modullar bölməsinə daxil olaraq +Qoşulmaq düyməsinə klik edirik. Qoşulduqdan sonra həmin modul üzərində sağ tərəfdə tənzimləmə buttonuna klik edirik.

Açılan pəncərədə Tənzimləmələrə daxil olmalısınız.

  • Status - Qr kodun aktiv/ deaktiv olması

  • Çekdə QR çapı - Çeki bağlayan zaman printerdən çap edilən çekdə qr kodun olub/olmamasını təyin edir

  • Ön çekdə dəyərləndirmə QR kodunun çapı - Ön çekdə qr kodun olub/olmamasını təyin edir

Yüklə sözünə klikləyərək dəyərləndirmənin qr kodunu şəkil formasında kompyuterinizə yükləyə bilərsiniz. Etdiyiniz dəyişikliklərdən sonra Saxla düyməsinə vurmaq lazımdır.

Qr kodu oxudan zaman dəyərləndirmə səhifəsinə yönləndirilərək, aşağıdakı mərhələlər üzrə dəyərləndirmə edə bilərsiniz.

Qiymətləndirmələrin nəticələrinə Arxa Panel→Marketing→Dəyərləndirmələr bölməsindən baxa bilərsiniz. Görünməyən hər hansısa sütun varsa, işarələnmiş cədvəl bölməsindən aktiv edə bilərsiniz.

Bu cevap sorunuzu yanıtladı mı?