Ana içeriğe geç
Müştəri qrupu yaratmaq

Clopos sistemində yeni müştəri qrupu yaratmaq

İbrahim Mammadzada avatar
Yazar: İbrahim Mammadzada
6 aydan uzun süre önce güncellendi

Arxa paneldə MarketinqMüştəri qrupu bölməsinə daxil oluruq.

Sağ yuxarı hissədə olan +Yarat düyməsinə klikləyirik.

Daha sonra açılan səhifədə tələb olunan məlumatları qeyd edib saxla düyməsinə klik edirik. Əgər qrup üçün birdəfəlik endirim faizi tətbiq etmək istəyiriksə, bu zaman endirim bölməsində faiz (%) miqdarını təyin edirik.

1.Terminalda müştəriyə qrup tətbiq etmək.

Satış terminalında müştəri qrupunu tətbiq etmək üçün, ekranın yuxarı hissəsində yerləşən üç xəttə klikləyirik.

Daxil olduğumuz bölümdə Müştərilər bölməsini klikləyirik.

Qrup tətbiq etmək istədiyiniz müştərinin üzrəinə klik edib müştəri redaktoru düyməsinə klikləyirik.

Açılan səhifədə lazım olan müştəri qrupunu seçib Saxla düyməsinə vururuq.

2. Arxa paneldə müştəriyə qrup tətbiq etmək.

Arxa paneldə MarketinqMüştərilər bölməsinə daxil olub, qrupu tətbiq etmək istədiyimiz müştəridə dəyişmək sözünə klik edirik.

Qrup bölməsində istədiyimiz qrupu seçib, Saxla düyməsinə klikləyirik.

3. Qrup tətbiq edilən müştəri hesabına çek bağlamaq.

Hesabı bağla düyməsinə klik etdikdən soran müştəri balansı sözünə klik edirik.

Tətbiq edəcəyimiz müştərini seçib, hesabı bağlayırıq. (seçilmiş müştəri qrupu üçün % dərəcəsini, müştəri adı olan xanada görmək mümkündür)

Bu cevap sorunuzu yanıtladı mı?