Müştəri bazasında müştəri adı, nömrəsi və ünvanı qeyd edilir ki, bu da onların qəbzlərinin, keşbeklərinin izlənməsinə, sifarişin çatdırılmasına kömək edir. Loyallıq proqramı çərçivəsində müştərilər hər alış-verişdə müəyyən bir faizlə kesbek (geri ödəniş) yığa bilərlər. Bu, müştərinin etdiyi alış-verişin bir hissəsinin ona geri qaytarılması deməkdir və müştərini daha çox alış-veriş etməyə təşviq edir.
Clopos sistemində müştəri bazasını toplu şəkildə import edə bilərsiniz. Bunun üçün yeni Excel sənədi yaradıb, müştərilərin adlarını, nömrələrini, doğum tarixlərini və s. cədvəl şəklində qeyd etməlisiniz.
Müştəriləri Excel faylından sistəmə import etmək üçün aşağıdakı sütunların düzgün doldurulması vacibdir:
Ad Soyad (Name)
Mobil Nömrə (Phone)
Doğum Tarixi (Date of Birth - DOB)
Ünvan (Address)
Cins (Gender)
Balans (Balance) - Burada müştərinin borcu və ya avansı qeyd olunur.
Qrup (Group) - Əgər müvafiq qrup mövcuddursa, müştəri həmin qrupa əlavə olunacaq, yoxsa yeni bir qrup yaradılacaq.
Excel faylını müvafiq məlumatlarla doldurduqdan sonra Marketinq → Müştərilər bölməsinə keçin və açılan pəncərədə İmport düyməsinə seçin.
Açılan pəncərədə düzəltdiyiniz menyunu seçin və Open düyməsini klikləyin, ardından müştərilər sistemə yüklənəcək
Nümunə excel faylını aşağıdakı linkdən yükləyə bilərsiniz!
Müştərilərin idarə olunması mövzusunda daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı məqalələri oxumağınızı tövsiyə edirik:
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: