Müştəriyə borc qeyd etmək (nisyə məhsul satmaq) üçün ilk növbədə Tənzimləmələr→ Ümumi → Maliyyə bölməsinə daxil olub müştəri balansı mənfi olsun düyməsini aktiv edirik.
Daha sonra Satış→Ödəmə üsulları bölməsinə daxil olub, "Müştəri balansı" ödəmə üsulunun statusunu aktiv edirik.
💡 Əgər loyallıq modulundan istifadəvedirsinizsə, bu halda keşbek ödəmə üsulunu da aktiv edə bilərsiniz.
Terminalda çeki müştərinin adına bağlamaq üçün, sol tərəfdəki paneldə müştərilər iconunu seçirik. Hansı müştərini çekə əlavə etmək istəyiriksə tapıb, tətbiq et vururuq.
💡Misal üçün: Əgər Nigar adlı müştərinin depozitində 10 azn var və hesab 95 azn edirsə, bu zaman balans -85 azn olaraq dəyişiləcək. Yox əgər müştərinin balansında depozit məbləğ yoxdursa, o zaman müştəriyə 95 azn borc yazılacaq.
Tətbiq et düyməsini vurduqdan sonra, hesabı bağlayarkən müştərinin balansından məbləğin azalması (ya da borcun yazılması) üçün, "Müştəri balansı" ödəmə üsulunu mütləq seçməliyik. Əgər Müştəri balansı ödəmə üsulunu seçməsək, nə borc yazılacaq müştəriyə, nə də balansındakı miqdar azalacaq.
Müştərilərlə bağlı hesablara baxmaq üçün Müştərilər bölməsinə daxil olaraq, hər bir müştərinin borcuna, balansına və satış edilmiş qəbzlərərinə baxa bilərsiniz.
Müştəri Balansının İdarə Edilməsi:
Bu bölmədə müştərinin balansını rahatlıqla yoxlaya və ehtiyac olduqda artırmaq əməliyyatını həyata keçirə bilərsiniz. Əgər müştəri hesabında borc yoxdursa, balansı depozit olaraq artırmaq mümkündür.
Əgər müştərinin balansı mənfidirsə və borcu varsa, mədaxil əməliyyatı zamanı daxil etdiyiniz məbləğ qədər borc ödənilmiş hesab olunacaq.
Korporativ Müştəri Üçün Ödənişin İdarə Edilməsi:
Əgər müştəri korporativ şəxsdirsə və borcunu bank köçürməsi yolu ilə ödəyirsə, bu halda müştəri balansını arxa paneldən də idarə edə bilərsiniz. Bunun üçün Arxa panel → Marketinq → Müştərilər bölməsində, ödəmə etmək istədiyiniz müştərinin adı qarşısında olan 3 nöqtəyə klikləyərək, Əməliyyat əlavə et seçimini həyata keçiririk.
Açılan pəncərədə müvafiq olaraq xanaları doldurub ödənişi həyata keçiririk. Uğurlu əməliyyatdan sonra müştəri balansı ödəniş etdiyiniz məbləğ qədər dəyişəcəkdir.
Müştərinin Balansına Baxmaq:
Müştərinin balansı üzərinə klik etdiyiniz zaman, həmin müştərinin filial üzrə bütün borc məbləğləri ekranda görünür.
Müştərilərin idarə olunması mövzusunda daha ətraflı məlumat əldə etmək üçün aşağıdakı məqalələri oxumağınızı tövsiyə edirik:
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: