Müştərilərlə işləməyə başlamaq üçün öncə onların sistemə əlavə edilməsi vacibdir. Bunun üçün bir neçə fərqli üsul mövcuddur.
Əgər müştəriləri toplu şəkildə əlavə etmək istəyirsinizsə, təqdim olunan nümunə Excel faylının üzərində sizə uyğun məlumatları dolduraraq sistemə import edə bilərsiniz.
Müştəriləri Excel faylından sistəmə import etmək üçün aşağıdakı sütunların düzgün doldurulması vacibdir:
Ad Soyad (Name)
Mobil Nömrə (Phone)
Doğum Tarixi (Date of Birth - DOB)
Ünvan (Address)
Cins (Gender)
Balans (Balance) - Burada müştərinin borcu və ya avansı qeyd olunur.
Qrup (Group) - Əgər müvafiq qrup mövcuddursa, müştəri həmin qrupa əlavə olunacaq, yoxsa yeni bir qrup yaradılacaq.
💡Müştəri balansı bölməsinə mənfi məbləğ daxil etmək mümkün deyil.
Excel faylını müvafiq məlumatlarla doldurduqdan sonra Marketinq → Müştərilər bölməsinə keçin və açılan pəncərədə İmport düyməsinə seçin.
Açılan pəncərədə düzəltdiyiniz menyunu seçin və Open düyməsini klikləyin, ardından müştərilər sistemə yüklənəcək
Nümunə Excel faylını aşağıdakı keçiddən yükləyə bilərsiniz.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: