Loyallıq Proqramı Haqqında:
Loyallıq proqramından istifadə etmək üçün ilk növbədə tənzimləmələrdə proqramın tətbiqi zamanı keşbekin hansı məhsullara və kateqoriyalara şamil olunduğu və neçə faizlə hesablandığı müəyyən edilməlidir.
Loyallıq proqramının tənzimləmələri ilə bağlı ətraflı məlumatı Loyallıq proqramı sözünə klikləyərək əldə edə bilərsiniz.
Loyallıq Proqramının İstifadəsi:
Keşbek yalnız çek bağlandığı zaman hesablanır. Keşbek qazanmaq üçün müştəriyə çek təqdim olunur. Müştəri göstərilən QR kodu skan edərək, qeydiyyat prosesini başa çatdırır. Bu zaman müştəridən mobil nömrəsini daxil etmək tələb olunur və nömrəyə göndərilən təsdiq kodunu daxil etdikdən sonra ad, soyad və tələb olunan digər məlumatlar qeyd edilir. Bu məlumatlar sizin brendin müştəri bazasına əlavə edilir.
Qeydiyyatdan Keçdikdən Sonra:
Qeydiyyat tamamlandıqdan sonra, "Qazan" düyməsini seçirsiniz. Açılan səhifədə çek haqqında qısa məlumatlar əks olunur. Burada çekdən əldə edə biləcəyiniz keşbek məbləğini görəcəksiniz. Keşbeki hesabınıza əlavə etmək üçün "Keşbeki Topla" düyməsinə klikləyirsiniz.
Qeydiyyat Zamanı:
Qeydiyyat prosesində müştərinin şəxsi məlumatları, o cümlədən ad və mobil nömrə, müştəri bazasına daxil edilir. Bu məlumatların sistemə qeyd edilməsi üçün müştəri əvvəlcə Razılaşma şərtlərini qəbul etməlidir. Razılaşma qəbul edildikdən sonra, keşbek müştərinin hesabına yüklənir.
Müştərinin Qeydiyyatdan Sonrakı İstifadəsi:
Müştəri qeydiyyatdan keçdikdən sonra, hər dəfə çeki skan etməsinə ehtiyac yoxdur. Siz həmin müştərini çeki sistemə əlavə edirsiniz və çek bağlandıqdan sonra keşbek avtomatik olaraq müştərinin hesabına hesablanır.
Əgər həmin çek üzrə keşbek artıq toplanıbsa, "Bu çekin keşbeki artıq toplanıb" bildirişi ilə qarşılaşacaqsınız.
Keşbekin İstifadəsi:
Müştərinin keşbek balansı varsa və bu məbləğlə ödəniş etmək istəyirsə, keşbek ödəniş üsulunu aktivləşdirmək və müştərini çeki sistemə əlavə etmək lazımdır. Bu prosesdən sonra müştərinin keşbeki ödəniş üçün istifadə edilə bilər.
Keşbek Ödəmə Üsulunu Aktiv Etmək:
Keşbek ödəmə üsulunu aktiv etmək üçün Satış → Ödəmə üsulları bölməsinə daxil olun. Buradan keşbek ödəmə üsulunu tapın və sağ küncdəki üç nöqtəli Dəyişmək düyməsinə klik edərək aktivləşdirin.
Statusu Aktiv Etmək:
Keşbek ödəmə üsulunu aktiv etmək üçün, statusu Aktiv vəziyyətinə gətirib, Saxla düyməsini vurun. Ödəmə üsulunu aktiv etdikdən sonra, müştərinin keşbek vasitəsilə ödəniş etməsi mümkün olacaq.
Müştərini Çekə Əlavə Etmək:
Müştərini çeki sistemə əlavə etdikdən sonra, Hesabı Bağla düyməsini vurursunuz. Daha sonra keşbeklə ödəniş etmək üçün Keşbek Ödəmə Üsulunu seçirsiniz.
Keşbek İstifadəsi:
Məsələn, keşbek balansınız 3.51 AZN təşkil edirsə, bu məbləği tam olaraq ödənişdə istifadə edə bilərsiniz və ya qalan məbləği digər ödəniş üsulları ilə ödəyə bilərsiniz. Keşbekin hamısını istifadə etmək məcburiyyətində deyilsiniz. Keşbek bölməsində daha aşağı bir məbləğ qeyd edərək, keşbekinizin bir hissəsini də ödəniş üçün istifadə edə bilərsiniz.
Müştərinin Mövcud Keşbekinə Baxmaq:
Terminalda Müştərilər bölməsinə daxil olduqdan sonra, müştərinin adına bir dəfə klik edirsiniz. Bu zaman müştərinin mövcud keşbek balansını görə bilərsiniz.
💡Əgər sizin bir neçə filialınız varsa və hər filialda loyallıq proqramı aktivdirsə, müştəri bazası vahid olduğu üçün müştəri hər filialdan keşbek topladıqda, bu məbləğlər ayrı-ayrı deyil, birgə olaraq toplanır. Yəni, müştərinin topladığı keşbek hər filial üzrə birləşdirilir və vahid balansda əks olunur.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, istədiyiniz vaxt bizimlə əlaqəyə saxlaya bilərsiniz: