Qonaqların biznesə bağlılığını artırmaq və daimi müştərilərə minnətdarlıq göstərmək etmək üçün loyallıq proqramları ideal seçimdir deyə bilərik.
Bu proqramlar sayəsində bizneslər müştərilərinə müəyyən hədiyyələr (keşbek, bonus, endirim) təklif edir. Beləliklə, həm müştəri məmnuniyyəti və satışları artıra, həm də müştəri bazasını genişlədə bilir. Qısası, loyallıq proqramları həm müştərilər, həm də biznesləri qazandırır.
Əgər siz də bu üstünlüklərdən faydalanmaq istəyirsinizsə, Clopos POS Restoran İdarəetmə sistemindən loyallıq proqramını aktivləşdirə bilərsiniz.
Aktivləşdirmə
Funksionallığı aktivləşdirmək üçün sadəcə bir neçə addımı yerinə yetirmək kifayətdir:
Arxa ofis idarəetmə panelindən "Tətbiqlər" bölməsinə keçin.
Sol hissədə yerləşən “Hamısı” alt bölməsinə daxil olun.
“Loyallıq proqramı” tətbiqini tapın və aktivləşdirin.
Daha sonra "Marketinq" bölməsində "Loyallıq proqramı" modulunu tapıb, daxil olun.
“Status” düyməsini sağa sürüşdürərək funksionallığı aktiv edin.
Tənzimləmələri nəzərdən keçirdikdən sonra "Saxla" düyməsini klikləyərək seçiminizi yadda saxlayın.
❗️ Nəzərinizdə olsun ki, status bütün filiallar üçün ayrılıqda aktivləşdirilməlidir.
Bu qədər! Əgər “Status” düyməsi mavidirsə, deməli, funksiya artıq aktivləşib.
Proqram növü
Loyallıq proqramının 3 növündən birini seçə bilərsiniz:
Keşbek – Ödənişlərin bir qismini müştərilərə geri qaytarır;
Bonus – Fərqli hədiyyələrə çevrilə bilən bonuslar qazandırır;
Endirim – Növbəti ödənişlərə tətbiq oluna biləcək endirimlər qazandırır.
Keşbek və keşbek faizi
Loyallıq proqramlarından ən məşhur olanı – keşbek proqramı, müştərilərə ödənişlərinin bir qismini geri qaytararaq keşbek balanslarında toplayır. Bizneslər müştərilərə keşbek təklif etməklə təkrar alış ehtimalını artıra və müştəriləri daha çox xərcləməyə təşviq edə bilərlər.
Əgər loyallıq növü kimi keşbeki seçmisinizsə, ilk olaraq keşbek faizinə (yəni, müştəri ödənişlərinin neçə faizini onlara geri qaytarmaq istədiyinizə) qərar verməlisiniz. Bildiyiniz kimi, faiz 1 və 100 arası tam ədədlər arasından seçilməlidir, amma keşbek məbləği kimi 5%-dən yuxarı məsləhət görülmür.
⚡ Bir nümunə ilə izah edək. Deyək ki, keşbek faizi olaraq 5% seçmisiniz və müştəri 80 manatlıq alış-veriş edib. Bu zaman siz 80 manatın 5%-ni, yəni 4 manatını (80x5/100=4) müştərinin keşbek balansına qaytarmış olursunuz.
Məlumdur ki, faiz artdıqca müştərinin qazanacağı məbləğ də artır. Məsələn, 50% keşbek müştərilərə ödənişlərin tən yarısını, 100% isə hamısını geri qaytarmaq deməkdir. Yəqin ki, bu qədər böyük məbləği geri qaytarmaq istəməzsiniz. Buna görə də faiz dərəcəsini seçərkən diqqətli olmağınızı xahiş edirik.
Keşbek qazanmaq
Qeyd etdiyimiz kimi, keşbek yalnız loyal müştərilər üçün nəzərdə tutulub. Buna görə də keşbek qazanmaq istəyən müştərilər mütləq şəkildə QR menyuda qeydiyyatdan keçmiş olmalıdır.
QR menyuda bir dəfə qeydiyyatdan keçmiş müştərilər növbəti bütün alış-verişləri zamanı keşbek qazan bilir və keşbeklər avtomatik olaraq hesablanaraq müştəri profillərinə əlavə olunur.
💡 Əgər keşbek avtomatik hesablanmazsa, çekin üstündəki QR kodu oxudaraq əldə etmək də mümkündür.
Qazanılanların xərclənməsi
Qazanılan keşbeklər (bonus/endirimlər) müştərilərin keşbek/bonus/endirim balanslarında toplanır. Müştərilərin bu balansdan istifadə edə bilməsi üçün ödəmə üsulu olaraq həmin balansları aktivləşdirməyiniz lazımdır. Bunun üçün:
Arxa ofis idarəetmə panelini açın;
Sol hissədən “Satış” bölməsini seçin;
“Ödəmə üsulları”na keçid edin;
Uyğun ödəmə üsulunu (keşbek/bonus/endirim) tapıb, qarşısındakı 3 nöqtədən “Dəyişmək”i seçin;
Açılan pəncərədən “Status” düyməsini aktivləşdirin.
Bu halda artıq müştərilər loyallıq balanslarından ödəniş edə biləcəklər. Nəzərinizdə olsun ki, keşbeklə ödənişin reallaşması üçün POS terminal onlayn olmalıdır.
❗️ Qeyd edək ki, loyallıq balansı bütün filiallar üçün ümumi olsa da, loyallıq tənzimləmələri fərdidir. Əgər hansısa filialda loyallıq balansından ödəniş edilməsini istəməsəniz, həmin filial üçün yuxarıdakı qaydada ödəmə üsulunun statusunu deaktiv edə bilərsiniz.
Əgər loyallıq statusunu deaktiv etmək qərarına gəlsəniz, nəzərinizdə olsun ki, loyallıq balansı avtomatik olaraq deaktivləşmir. Yəni, loyallıq proqramını ləğv etsəniz belə, müştərilər loyallıq balanslarından yararlanmağa davam edə bilir. Əgər bu funksiyanı ləğv etmək istəsəniz, yuxarıdakı qaydada ödəmə üsulları arasından loyallıq balanslarını deaktivləşdirməyiniz yetərlidir.
Gündəlik qazanma və xərcləmə limiti
1 müştərinin gündəlik olaraq qazana və xərcləyə biləcəyi keşbek məbləğini limitləmək də mümkündür. Əgər limit qoymaq istəmirsiniz, yəni müştərilərin istədikləri qədər keşbek qazanması və xərcləməsini istəyirsinizsə, sadəcə “Olmasın” seçimini edin. Əgər istəsəniz, “Təyin edin” düyməsi ilə çek sayı və çek məbləğinə əsasən limit müəyyənləşdirə bilərsiniz.
⚡ Məsələn, deyək ki, gündəlik olaraq maksimum 5 çek üçün və 100 AZN məbləğində keşbek xərclənilməsini (və ya qazanılmasını) istəyirsiniz. Bunun üçün çeklər hissəsinə 5, ödəniş hissəsinə 100 yazmağınız yetərlidir. Beləliklə, 1 müştəri gün ərzində keşbek balansından 5-dən artıq çek üçün ödəniş edə (və ya 5-dən çox çekdən keşbek qazana) və ya 100 AZN-dən çox xərcləyə (və ya qazana) bilməyəcək.
Qeyd edək ki, bu limitləri istənilən vaxt, ürəyiniz istəyən qədər artırıb-azalda bilərsiniz.
Satış və ödəmə üsulları
Hansı satış və ödəmə üsullarının loyallıq proqramına daxil olacağını özünüz təyin edə bilərsiniz. Əgər bütün satış və ödəmə üsullarını daxil etmək istəsəniz, “Bütün satış və ödəmələr” düyməsini seçməyiniz kifayətdir.
Yox, əgər özəlləşdirmək istəsəniz, “Müəyyən satış və ödəmələr”i seçin. Bu zaman düymənin aşağısında sistemə əlavə etdiyiniz bütün satış üsullarının siyahısını görəcəksiniz. Hər satış üsuluna kliklədikcə, hansı ödəmə üsullarının proqrama uyğun olacağını da seçə biləcəksiniz.
⚡ Bir nümunə çəkək. Deyək ki, sadəcə çatdırılma zamanı kart ödənişlərinin loyallıq proqramına daxil olmasını istəyirsiniz. Bunun üçün “Müəyyən satış və ödəmələr”i, aşağısında çıxan satış üsullarından “Çatdırılma”nı, onun aşağısından isə “kart” seçimini etməlisiniz.
İstəsəniz, çatdırılma üçün yalnız kart ödənişlərini, yerində satışlar üçün isə bütün ödənişləri seçmək kimi fərqli seçimlər də edə bilərsiniz.
İstisna kateqoriyalar və məhsullar
Loyallıq proqramını aktivləşdirdiyiniz an bütün məhsul və kateqoriyalar keşbek (bonus/endirim) qazandırmağa başlayır. Amma istəsəniz, bəzilərini proqramdan çıxara, yəni istisna edə bilərsiniz.
⚡ Məsələn, şorba və salatların keşbek (bonus/endirim) qazandırmağını istəmirsinizsə, istisna kateqoriyalar siyahısından uyğun kateoqriya adlarını seçməyiniz kifayətdir.
Bundan əlavə, bir kateqoriya daxilindəki xüsusi məhsulları (məsələn, içkilərin içindən sadəcə su və ya çayı) da istisna etmək istəyə bilərsiniz. Bunun üçün kateqoriyanı seçməyib, əvəzində sadəcə "İstisna məhsullar" bölməsindən istədiyiniz məhsul adını seçməyiniz kifayətdir.
Əgər keşbek (bonus/endirim) qazandırması üçün sadəcə bir neçə məhsul və ya kateqoriyanı seçmək istəsəniz, sigər bütün seçimləri bir-bir istisna etməyinizə ehtiyac yoxdur. Sadəcə olaraq əvvəlcə "Hamısını seç"ə klikləyin, bu zaman bütün məhsul və ya kateqoriyalar proqramdan istisna edilmiş olacaq.
Daha sonra "Seçilmiş kateoqriyalar" və ya "Seçilmiş məhsullar" düyməsini seçərək açılan pəncərədən keşbek (bonus/endirim) qazandırmağını istədiyiniz məhsul və ya kateqoriyaları tapıb, ləğv edin.
Beləliklə, cəmi bir neçə məhsulu sürətlə proqrama daxil etmiş olacaqsınız.
Proqramın təsviri
Müştərilərinizi loyallıq proqramınız barədə məlumatlandırmaq üçün “Proqramın təsviri” qutusundan yararlana bilərsiniz. Bura qeyd edəcəyiniz hər şey hamı tərəfindən görünür. Bu isə proqramın hansı şərtlərlə və nə qazandırdığını, qazanılanların necə xərclənilə biləcəyini və s. yazaraq müştəriləri proqrama cəlb etmək üçün əla fürsətdir.
Loyallıq proqramının istifadə qaydası ilə bağlı ətraflı məlumatı Loyallıq proqramı sözünə klikləyərək əldə edə bilərsiniz.
Ümid edirik, loyallıq proqramımız müştərilərinizlə əlaqələri gücləndirərək satışları artırmağınıza kömək olacaq.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, istədiyiniz vaxt bizimlə əlaqəyə saxlaya bilərsiniz: