Loyallıq Kartı:
Clopos sistemində loyallıq kartı əsasən keşbek təqdim etmək üçün istifadə edilir. Müştəri, loyallıq kartını wallet tətbiqinə əlavə etdikdə, hər dəfə bu kartı oxutduğunda müştəri avtomatik olaraq keşbek əldə edir. Bu, müştəriyə alış-verişləri zamanı müəyyən bir faizdə geri ödəniş (cashback) qazandırır.
Loyallıq kartını Wallet-ə əlavə etmək:
QR Menyuda Keşbek düyməsinə klik edib, wallet-ə əlavə edirik. QR Menyunuzun rəngini tənzimləmələrdən hansı rəng qeyd etmisinizsə, Loyallıq kartı wallet-ə həmin rəngdə əlavə edilir.Burada məkanın adı, logosu, müştərinin balansı və loyallıq kartının QR kodu əks olunur.
Loyallıq kartının istifadə qaydası:
Loyallıq kartını istifadə etmək üçün 3D barkod oxuducusuna ehtiyac var. Terminalda çeki açdıqdan sonra, “Müştəriləri əlavə et” düyməsinə klikləyirsiniz və barkod oxuducusu ilə loyallıq kartındakı QR kodu scan edirsiniz. Müştəri avtomatik olaraq çekə əlavə olunur və bu səbəbdən, ödənişi keşbek ilə etmək mümkün olur.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: