Müştəri balansı

Müştəriyə necə borc yazmaq və depozit qeyd etmək olar?

Nurane avatar
Yazar: Nurane
Bir haftadan uzun bir süre önce güncellendi

Müştəriyə borc qeyd etmək (nisyə məhsul satmaq) üçün ilk növbədə Ayarlar => Ümumi => Maliyyə bölməsinə daxil olub müştəri balansı mənfi olsun xanasını aktiv edirik.

Terminalda çeki müştərinin adına bağlamaq üçün, sol tərəfdəki paneldə müştərilər iconunu seçirik. Hansı müştərini çekə əlavə etmək istəyiriksə tapıb, tətbiq et vururuq.

Misal üçün:  Əgər Nigar adlı müştərinin depozitində 10 azn var və hesab 95 azn edirsə, bu zaman balans -85 azn olaraq dəyişiləcək. Yox əgər müştərinin balansında depozit məbləğ yoxdursa, o zaman müştəriyə 95 azn borc yazılacaq.  

Tətbiq et vurduqdan sonra, hesabı bağlayarkən müştərinin balansından məbləğ azalması (yaxud borc yazılması) üçün, "Müştəri balansı" ödəmə üsulunu mütləq seçməliyik.

qeyd: "Müştəri balansı" bölümünün görsənməsi üçün ödəmə üsullarında həmin bölüm aktiv olmalıdır.

Müştərilərlə bağlı hesablara baxmaq üçün Müştərilər bölməsinə daxil olaraq, hər bir müştərinin borcuna, balansına və satış edilmiş qəbzlərərinə baxa bilərsiniz.

Buradan həm müştərinin balansına baxa, həm də müştərinin balansını artıra bilərsiniz. Müştəri hesabında borc yoxdursa, balansı depozit olaraq artıra bilərsiniz.

Əgər müştəri korporativ şəxsdirsə və sizə olan borcunu bank köçürməsi yolu ilə həyata keçirirsə, bu zaman müştəri balansını satış terminalından deyil, arxa paneldən həyata keçirməlisiniz. Bu halda aşağıdakı şəkildə göstərilən qaydada Arxa paneldə Marketinq => Müştərilər bölümündə ödəmə etmək istədiyiniz müştərinin adı qarşısında olan " ... " işarəsinə vuraraq Əməliyyat əlavə et komandasını yerinə yetiririk.

Açılan pəncərədə müvafiq olaraq xanaları doldurub ödənişi həyata keçiririk. Uğurlu əməliyyatdan sonra müştəri balansı ödəniş etdiyiniz məbləğ qədər dəyişəcəkdir.

Bu cevap sorunuzu yanıtladı mı?