Ana içeriğe geç

Endirim funksiyası

Clopos sistemində endirim funskiyasını aktivləşdirmək və istifadə etmək.

Bir yıldan uzun süre önce güncellendi

Çekə endirim tətbiq etmək üçün, Terminalda masaya daxil olduqda aşağıda göstərilən butona klik edirik.

Burada endirim edəcəyiniz məbləği manat və ya faizlə yazıb Tətbiq et düyməsinə klik edirik.

Çekə tətbiq etdiyimiz endirimi silmək üçün sol yuxarıda yerləşən endirim butonuna vurmaq lazımdır.

Açılan pəncərədə Sil sözünə vuraraq tətbiq etdiyimiz endirimi silə bilərik.

Həmçinin 1 məhsula da endirim tətbiq etmək mümkündür. Bunun üçün çekə vurulmuş məhsulun üzərinə klikləyirik.

Endirim bölməsinə daxil oluruq

Endirim pəncərəsi açılır. Buradan siz həm AZN ilə, həm də faiz (%) ilə endirim edə bilərsiniz.

Endirim edəcəyiniz məbləği qeyd edib, Tətbiq et düyməsini sıxırsınız.
Məhsullara tətbiq etdiyimiz endirimi silmək üçün həmin məhsulun üzərinə vuraraq, açılan pəncərədə Endirim hissəsinə gələrək Sil sözünə vururuq.

Sistemdə olan məhsullara endirim funksiyasını tətbiq edə və ya bağlaya bilərsiniz. Bunun üçün Menyu Məhsullar hissəsində endirim funksiyasını dəyişmək istədiyiniz məhsulun qarşısındakı 3 nöqtəyə klikləyirik.Daha sonra Dəyişmək sözünü vururuq.

Açılan pəncərədə Endirimə icazə vermə buttonunu aktiv edərək məhsul endirimi bu məhsulda bağlaya bilərsiniz.

Eyni anda bir neçə məhsul üçündə bu funkisyanı tətbiq edə bilərsiniz. Bunun üçün, Menyu hissəsində Məhsullar bölməsində Toplu seçim edə bilərik.

Toplu seçimdən Dəyiş vuraraq məhsulları seçib Tətbiq et vururuq.

Açılan pəncərədə "Endirimə icazə verilsin?" hissəsində seçim edib (bəli/xeyr) Saxla düyməsinə vurmaq lazımdır. Bu formada toplu şəkildə məhsullara endirim funksiyasını işlədə bilərsiz.

Bu cevap sorunuzu yanıtladı mı?