Porsiya ölçülərinin müxtəlifliyi restoranlar üçün böyük əhəmiyyət kəsb edir. 0.5, 1 və 1.5 porsiya kimi seçimlər müştərilərə fərqli iştahalarına və büdcələrinə uyğun seçimlər təklif edir. Bu, həm müştəri məmnuniyyətini artırır, həm də yemək israfını azaldır. Fərqli porsiya ölçüləri, restoranların daha geniş müştəri bazasına xidmət etməsinə imkan verir.
Məhsullara porsiyanın təyin edilməsi
Məhsulları porsla sata bilmək üçün arxa panelə daxil oluruq, menyudan porsla satacağımız məhsulu seçib, Dəyiş düyməsindən istifadə edərək redaktə edirik. Pors funksiyasını işarələyib, Saxla düyməsini vururuq. Məhsulda bu bölüm aktiv edildikdən sonra, terminalda məhsulu porsla satmaq mümkün olacaq. Bu əməliyyatı bütün məhsullarınıza tətbiq etmək üçün toplu əməliyyatdan istifadə edə bilərsiniz.
Porsiyanın tətbiq edilməsi
Məhsulu Pors ilə sata bilmək üçün, Pors funksiyasını aktiv edirik.
Bu bölüm aktiv olduqdan sonra (əgər məhsulda pors seçiminə icazə varsa), yeni açılmış pəncərədə standart pors seçimlərindən birini və ya özünüzün yaratmaq istədiyiniz pors miqdarını təyin edib satış edə bilərsiniz.
Porsiya pəncərəsinin açılmasını istəmirsinizsə, eyni bölmədən porsiyanı deaktiv edə bilərsiniz.
Porsiyanın sonradan məhsula tətbiqi
Məhsula porsiya vermədən çekə əlavə etmişiksə, bunu sonradan dəyişmək mümkündür. Çekdə həmin məhsulu tapıb, üzərinə klik edirik. Pors bölməsindən istənilən porsiyanı tətbiq edirik.
Modifikatorlu məhsullarda porsiya
Modifikatorlu tex.kartalara da porsiyanın aktiv edilməsi mümkündür. Əgər modifikator daxilində olan məhsullarınızın porsiyası aktivdirsə, bu məhsulları porsiya ilə sata biləcəksiniz. Əgər modifikator daxilində olan məhsulun porsiyası aktiv deyilsə, modifikatorun öz texkartasında porsiyasının aktiv olmasından asılı olmayaraq, bu məhsul porsiyaya bölünməyəcək. Modifikator daxilindəki məhsulun porsiyasının olub-olmaması əsas götürülür.
Modifikatorlu tex.kartanı porsiyaya bölə bilmək üçün həmin tex kartada porsiyanı aktiv edib, modifikatorda da porsiyaya uyğunlaşdırma seçimində Bəli qeyd etməliyik.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: