Tüm Koleksiyonlar
Azərbaycan dilində
Sual-cavab
E-menuya yeni məhsul əlavə etmək
E-menuya yeni məhsul əlavə etmək

E-menuya yeni məhsullar necə əlavə etmək olar?

Nurane avatar
Yazar: Nurane
Bir haftadan uzun bir süre önce güncellendi

E-menuya məhsul əlavə etmək üçün, Menyu→Məhsullar bölməsinə daxil oluruq. Yarat sözünə klikləyirik.

Məhsul tipini qeyd edirik.

Məhsul yaratmaqla bağlı geniş məlumatı Məhsul əlavə etmək sözünə klikləyərək əldə edə bilərsiniz.

Yeni əlavə edəcəyimiz məhsulun məlumatlarını (adını, kategoriyasını, şöbəsini, qiymətini və s. ) qeyd edirik. Daha sonra eMenu bölməsinə keçid edib, eMenuda görünməsi üçün lazımlı məlumatları qeyd edirik.

  • Qırmızı rəng ilə işarələnmiş bölmədə yeni yaradılan məhsulun hansı kateqoriyada olacağını qeyd edirik.

  • Yaşıl rəng ilə işarələnmiş bölmədə məhsulun hansı dillərdə görünəcəyini seçirik.

  • Göy rəng ilə işarələnmiş bölmədə istəyə uyğun olaraq, eMenuda məhsul haqqında açıqlamanı qeyd edə bilərsiniz. (məs: tərkib, hazırlanma vaxtı və s.)

Əgər məhsula endirim edilmiş kimi görünməsini istəyirsinizsə, orijinal qiymət bölməsinə endirim edilməmişdən öncəki qiyməti yazmalısınız.

Bütün işləmlərdən sonra Saxla düyməsinə klik edirik.

Bu cevap sorunuzu yanıtladı mı?