Arxa paneldə Tənzimləmələr→ Terminal bölməsinə daxil oluruq.
Xidmət haqqı faizini dəyişirik.
Saxla butonuna vururuq.
Xİdmət haqqını avtomatik tətbiq etmək üçün aşağıda göstərilənləri edin.
Arxa paneldə Tənzimləmələr→ Terminal bölməsinə daxil oluruq.
Xidmət haqqının birbaşa tətbiqini aktivləşdiririk.
Saxla butonuna vururuq
Terminalda Xidmət haqqını aşağıda göstərildiyi kimi aktiv edə bilərsiniz.
Əlavə olaraq xidmət haqqını satış tipinə görə də fərqləndirə bilərsiz. Bunun üçün Satışlar bölməsində Satış üsullarına gələrək istədiyiniz tipi seçib dəyiş vurmalısız.
Məsələn, yalnız restoran daxili servis haqqının 15 faiz olmasını istəyirsinizsə onda Xidmət haqqını dəyişərək, Saxlaya vurursunuz. Burada qeyd etdiyiniz xidmət haqqı faizi bütün filiallara aiddir.
Xidmət haqqını zallara görə də təyin etmək mümkündür. Bu halda hər bir zala fərqli xidmət haqqı tətbiq edilir. Bunun üçün, Arxa paneldə Tənzimləmələr→ Masa idarəetməsi bölməsinə daxil oluruq. Daxil olduqdan sonra, hansı zala fərqli xidmət haqqı tətbiq edəcəyiksə, onun qarşısındakı 3 nöqtəyə klikləyib,Dəyişmək düyməsini seçirik.
Belə bir pəncərə açılır və açılan pəncərədə standart qeyd olunmuş xidmət haqqını da seçə bilərik, fərqli xidmət haqqı təyin edib, Saxla da vura bilərik. Burada qeyd olunan xidmət haqqı faizi tətbiq edilən filiala məxsusdur.
Məhsula xidmət haqqının hesablanmaması ilə bağlı geniş məlumatı Məhsula xidmət haqqının hesablanmaması sözünə klikləyərək əldə edə bilərsiniz.