Ana içeriğe geç
Məhsul əlavə etmək

Clopos sisteminə Məhsullar necə əlavə olunur ?

Nurane avatar
Yazar: Nurane
7 aydan uzun süre önce güncellendi

Cloposda alınan və alındığı kimi (formada) satılan mallar Məhsul adlanır. Məsələn: kiçik həcmli sular (cola, sirab, sarıkız və s.), siqaretlər, saqqız və s.

Yeni məhsullar əlavə etmək üçün arxa paneldən Menyu → Məhsullar bölməsinə daxil olaraq sağ yuxarı hissədə yerləşən Yarat düyməsinə klik edirik.

Açılan kiçik pəncərədə hazır məhsullar sözünə vururuq.

Açılmış olan pəncərədə məhsula aid olan məlumatları daxil edirik.

  1. Bu xanaya yaradılacaq olan məhsulun adı yazılır.

  2. Bu xanaya hazır məhsulun barkodu yazılır. Barkod hər bir məhsul üçün özəl olur və təkrarlana bilməz. Satış terminalına barkod oxuyucu qoşaraq məhsullarınızı barkodla da sata bilərsiniz.

  3. Bu xanada yaratdığınız hazır məhsula mühasibatlıq uçotu üzrə təyin edilmiş kateqoriya və ya kod əlavə edə bilərsiniz.

  4. Hazır məhsulun hansı kateqoriyada görünməsini istəyirsinizsə və ya aid edirsinizsə bu xanada daha əvvəldən yaratdığınız Kateqoriyanı seçin.

  5. Bu xanada hazır məhsulu təqdim edəcək Şöbəni seçirik. Şöbələr də daha əvvəldən yaradılır, qruplaşdırılır.

  6. Məhsulun satışı zamanı hansı vergi növünün tətbiq edilməsini bu xanada işarələyirik. Vergi dərəcələri barədə ayrıca bənddə məlumat verilmişdir.

  7. Maksimum qaytarılma gününü təyin etmək vacib amillərdəndir. Əgər siz tez xarab olan məhsul istehsal edib satırsınızsa və bu məhsul günlər, həftələr sonra sizə geri qaytarıla bilməz. Bu zaman siz həmin məhsulu yaradarkən mütləq Maksimum qaytarılma gününü müvafiq rəqəmdə göstərməlisiniz ki, satışdan göstərdiyiniz gün qədər keçdikdən sonra əməkdaşlarınız o məhsulu geri qaytarılma əməliyyatı edərək qaytara bilməsinlər.

  8. Məhsulu aktiv etdikdə həmin məhsul satış terminalında əlçatan olacaqdır. Əks halda məhsulu yalnız arxa paneldə görmək mümkün olacaq.

  9. İkram xanasını işarələdikdə həmin məhsulu əməkdaşlarınız həm sata həm də hədiyyə olaraq verə bilərlər. Satış terminalında müvafiq məhsul əlavə edildikdən sonra məhsulun üzərinə vurduqda açılan pəncərə məhsulun İkram edilməsini işarələməklə qiymətini 0-a çevirmək imkanı vardır.

  10. Əgər məhsul yaradılarkən bu xananı işarələsəniz, o zaman bu məhsul satıldıqda, alındıqda, köçürüldükdə anbarda hesablama əməliyyatı aparılmayacaq.

  11. Pors seçimi adətən hazırlanan yeməklərə aid olur. Texkarta yaradarkən daha geniş istifadə edilir. Lakin bəzi hazır məhsulları da 0,5 pors, 2 pors kimi satmaq istəyirsinizsə bu zaman həmin məhsulu yaradarkən Pors işarəsini seçin.

  12. Bəzi məhsulları maya dəyərindən cüzi fərqlə satış edirsiniz və həmin məhsulun qətiyyən endirimlə satılmasına icazə vermirsiniz. Bu zaman müvafiq xananı işarələməlisiniz.

  13. Bu xananı işarələməklə həmin məhsulun çəki ilə satıldığını bildirirsiniz. Bu halda həmin məhsulu satış terminalında satmaq istədikdə sistem onun çəkisini soruşur. Çəki yazıldıqdan sonra isə qiyməti hesablayaraq ekrana çıxarır.

  14. Satış terminalında həmin məhsulun adının olduğu xananın rəngini müəyyən edir.

  15. Məhsulun şəklini yerləşdirmək üçün bu xanadan istifadə edin. Şəkillərin ölçüsünün 16x9 nisbətində və maksimum keyfiyyətli olmasına çalışın.

  16. Siz məhsulları yaradarkən hər bir filiala görə ayrı satış qiyməti təyin edə bilərsiniz. Məsələn eyni məhsulun bir filialınızda 10, digər filialınızda isə 12 manata satılmasını istəyirsiniz. Bu zamana müvafiq açarı sürüşdürməklə açılan pəncərədə bunu qeyd edə bilərsiniz.

  17. Məhsulu yaradıb daha sonra alış etsəniz bu xanada məhsulun maya dəyəri görünəcəkdir.

  18. Filiallarınız yoxdursa və ya filial arasında qiymət fərqi yoxdursa o zaman məhsulun satış qiymətini bu xanaya yazmalısınız.

Açılmış olan pəncərənin ikinci bölümündə məhsula istənilən sayda variantlar verə bilərsiniz. Buna misal olaraq aşağıda göstərilmiş olan nümunədə Coca-Cola-nın çeşidləri yazılmışdır:

Ad hissəsinə - hazır məhsulun adını yazırıq. Ad yazarkən (yaradarkən) diqqət etməli olduğumuz bəzi məqamlara nəzər salaq. Tutaq ki, hazır halda aldığımız və eyni formada satdığımız Coca-cola içkisini yaradırıq. Biz Coca-colanı müxtəlif qablaşdırmalarda alıb-satırıq. 0,33 litrlik və 0,5 litrlik plastik qablaşdırmalarda, 0,35 litrlik dəmir qablaşdırmada və s. Bu zaman Coca-colanı yaratmaq üçün bizim 2 yolumuz var:

  • Hazır məhsulları tək-tək - Coca-cola (0,33 litr, plastik), Coca-cola (0,5 litr, plastik), Coca-cola (1 litr, plastik) kimi yaratmaq

  • Coca-cola məhsulu yaradaraq ölçü vahidlərini və qablaşdırmaları variant olaraq yaratmaq.

Bütün məlumatları daxil etdikdən sonra Saxla düyməsinə vururuq.

Bu cevap sorunuzu yanıtladı mı?