Ana içeriğe geç
Tüm KoleksiyonlarAzərbaycan dilindəSual-cavab
Məhsulun silinməməsinin 4 səbəbi
Məhsulun silinməməsinin 4 səbəbi

Məhsullar niyə silinmir?

İbrahim Mammadzada avatar
Yazar: İbrahim Mammadzada
Bir aydan uzun süre önce güncellendi

Məhsulu silmək istəyərkən xəta bildirişi ilə qarşılaşırsınızsa, bunun dörd əsas səbəbini nəzərdən keçirməlisiniz:

1. Məhsulun açıq çekdə mövcud olması:

Əgər məhsul hər hansı bir açıq çekdə yer alırsa, yalnız həmin çeki bağladıqdan sonra məhsulu silmək mümkündür.

Bu xətanı aldığınız halda aşağıdakı addımları izləyin:

  • Satış Çeklər bölməsinə daxil olun.

  • Həmin məhsul üzrə axtarış edin və məhsulun olduğu açıq çekin ID nömrəsini tapın.

  • Terminalda həmin çekin ID-si ilə axtarış apararaq çeki bağlayın.

  • Çeki bağladıqdan sonra məhsulu silməyə cəhd göstərin.

Açıq çekdən məhsulu sildikdən sonra məhsulu silməyə cəhd göstərin. Əgər problem hələ də həll olunmayıbsa, başqa səbəbləri də yoxlayın.



2. Məhsulun başqa məhsulların tərkibində istifadə olunması:

Əgər silmək istədiyiniz məhsul digər məhsulların tərkibində istifadə olunursa, məhsulu yalnız tərkibdən çıxardıqdan sonra silmək mümkündür.

Bu problemi həll etmək üçün aşağıdakı addımları izləyin:

  • Silmək istədiyiniz məhsulun üzərinə klik edərək Dəyiş düyməsini seçin.

  • Tərkib bölməsinə keçid edin.

  • Məhsulu tərkibdən çıxarın.

  • Dəyişikliyi təsdiq etmək üçün Saxla düyməsinə klik edin.

Tərkibdən çıxardıqdan sonra məhsulu silməyə cəhd göstərin. Əgər problem hələ də həll olunmayıbsa, başqa səbəbləri də yoxlayın.


3. Məhsulun modifikator qrupunda istifadə olunması:

Əgər məhsul hər hansı bir modifikator qrupunun daxilində istifadə olunursa, onu yalnız həmin qrupdan çıxardıqdan sonra silmək mümkündür.

Bu vəziyyətdə aşağıdakı addımları izləyin:

  • Silmək istədiyiniz məhsulun üzərinə klik edərək Dəyiş düyməsini seçin.

  • Modifikator bölməsinə keçid edin.

  • Məhsulu modifikator qrupundan çıxarın.

  • Dəyişikliyi təsdiq etmək üçün Saxla düyməsinə klik edin.

Məhsulu modifikator qrupundan çıxardıqdan sonra silmək mümkündür. Əgər problem davam edirsə, digər səbəbləri də yoxlayın.



​4. Məhsulun anbar ehtiyatında olması:

Əgər silmək istədiyiniz məhsul anbar ehtiyatında mövcuddursa, onu yalnız ehtiyatdan sıfırladıqdan sonra silmək mümkündür.

Məhsulu ehtiyatdan sıfırlamaq üçün aşağıdakı addımları izləyin:

Məhsulun ehtiyatını yoxlamaq:

  • İnventar → Ehtiyat bölməsinə daxil olun.

  • Məhsulunuzu tapmaq üçün axtarış edin.

  • Məsələn, "Əsas Anbar"da məhsulun mövcud miqdarını yoxlayın (məsələn, 12 ədəd).

Məhsulun ehtiyatını sıfırlamaq:

  • İnventar → İnventarlaşdırma bölməsinə daxil olun.

  • Yarat düyməsinə klikləyin.
    Bu bölmə, anbar qalığının sistemə daxil edilməsi və yenidən hesablanması üçün istifadə olunur.

    Açılan pəncərədə:

  • Anbar hissəsindən ehtiyatı hesablayacağınız anbarı seçin.

  • "Addım 2" düyməsinə vurun və aşağıdakı Əlavə et bölməsinə keçin.

💡"Addım 2" məhsulların, inqrediyentlərin və hazırlamaların hesablanması üçün nəzərdə tutulub.

Məhsulun faktiki qalığını sıfırlamaq:

  • Sayımı aparmaq istədiyiniz məhsulu seçin (məsələn: Cola Banka 330ml).

  • Aşağıda yerləşən Tətbiq et düyməsinə klikləyin.

    Açılan pəncərədə:

  • Gözlənilən qalıq (məhsulun anbarda cari miqdarı) və Faktiki anbar qalığı (sayım sonrası miqdarı) sahələrini görün.

  • Faktiki anbar qalığı sıfır olaraq gələcək. Məlumatı təsdiqləyərək "İnventarlaşdırma yoxlamasını aparın" düyməsinə vurun.

Məhsulu anbardan silmək:

  • Yenidən Ehtiyatlar bölməsinə keçin.

  • Məhsulun miqdarı artıq sıfır olacaq.

  • Məhsulun sətrinin sonunda yerləşən üç nöqtəyə (...) klik edərək Sil seçimini edin.

Məhsulu menyudan silmək:

  • Menyu → Məhsullar bölməsinə keçin.

  • Məhsulun sətrinin axırında yerləşən üç nöqtəyə (...) klik edərək Sil seçimini edin.

Bu addımları tamamladıqdan sonra məhsulu anbar ehtiyatından çıxardaraq tamamilə silə bilərsiniz.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?