Əgər silmək istədiyiniz məhsul anbar ehtiyatında mövcuddursa, onu yalnız ehtiyatdan sıfırladıqdan sonra silmək mümkündür.
Məhsulu ehtiyatdan sıfırlamaq üçün aşağıdakı addımları izləyin:
Məhsulun ehtiyatını yoxlamaq:
İnventar → Ehtiyat bölməsinə daxil olun.
Məhsulunuzu tapmaq üçün axtarış edin.
Məsələn, "Əsas Anbar"da məhsulun mövcud miqdarını yoxlayın (məsələn, 12 ədəd).
Məhsulun ehtiyatını sıfırlamaq:
İnventar → İnventarlaşdırma bölməsinə daxil olun.
Yarat düyməsinə klikləyin.
Bu bölmə, anbar qalığının sistemə daxil edilməsi və yenidən hesablanması üçün istifadə olunur.Açılan pəncərədə:
Anbar hissəsindən ehtiyatı hesablayacağınız anbarı seçin.
"Addım 2" düyməsinə vurun və aşağıdakı Əlavə et bölməsinə keçin.
💡"Addım 2" məhsulların, inqrediyentlərin və hazırlamaların hesablanması üçün nəzərdə tutulub.
Məhsulun faktiki qalığını sıfırlamaq:
Sayımı aparmaq istədiyiniz məhsulu seçin (məsələn: Cola Banka 330ml).
Aşağıda yerləşən Tətbiq et düyməsinə klikləyin.
Açılan pəncərədə:
Gözlənilən qalıq (məhsulun anbarda cari miqdarı) və Faktiki anbar qalığı (sayım sonrası miqdarı) sahələrini görün.
Faktiki anbar qalığı sıfır olaraq gələcək. Məlumatı təsdiqləyərək "İnventarlaşdırma yoxlamasını aparın" düyməsinə vurun.
Məhsulu anbardan silmək:
Yenidən Ehtiyatlar bölməsinə keçin.
Məhsulun miqdarı artıq sıfır olacaq.
Məhsulun sətrinin sonunda yerləşən üç nöqtəyə (...) klik edərək Sil seçimini edin.
Məhsulu menyudan silmək:
Menyu → Məhsullar bölməsinə keçin.
Məhsulun sətrinin axırında yerləşən üç nöqtəyə (...) klik edərək Sil seçimini edin.
Bu addımları tamamladıqdan sonra məhsulu anbar ehtiyatından çıxardaraq tamamilə silə bilərsiniz.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: