Ana içeriğe geç
Tüm KoleksiyonlarAzərbaycan dilindəSual-cavab
Cihazda toxunma klaviaturası aktiv etmək
Cihazda toxunma klaviaturası aktiv etmək

Cihazın toxunma klaviaturasını necə aktiv edə bilərik?

İbrahim Mammadzada avatar
Yazar: İbrahim Mammadzada
Bir haftadan uzun bir süre önce güncellendi

Windows 10 əməliyyat sistemində toxunma klaviaturası əlavə etmək ⬇︎

         Windows 10 əməliyyat sistemində toxunma klaviaturası əlavə etmək üçün, əməliyyat sisteminin ayarlarında mətn bölümünə daxil olmaq lazımdır. Bunun üçün ekranın sol aşağı hissəsində olan windows düyməsində mausun sağ düyməsini  klik edib,  settings bölməsinə keçid edirik.


Açılan pəncərədə Devices (qurğular) yazılan hissəyə klik edirik.


       daha sonra, Typing (yazı) bölməsindən sağ aşağıda olan funskiyanı aktiv edirik. Əgər klik etdiyiniz halda hələdə toxunma klaviaturası yaranmırsa, kompüterinizə restart (yenidən başlat) verin və yenidən yoxlayın.
​​

     


Windows 11 əməliyyat sistemində toxunma klaviaturası əlavə etmək ⬇︎

        Windows 11 əməliyyat sistemində toxunma klaviaturası əlavə etmək üçün aşağıda olan windows düyməsinə klik edib settings bölməsinə keçid edirik.​


Əməliyyat sisteminin ayarlarından, Time & language (zaman və dil) bölməsində Typing (yazı) hissəsinə klik edin.


Bu bölmədə Touch keyboard (toxunma klaviatura) hissəsinə klik edib aşağıda Show the touch keyboard (toxunma klaviaturanı görsət) bölmünə klik edərək Always (həmişə) rejimini seçirsiniz.


Əməliyyatlar panelində sağ düyməni klik edib Taskbar settingsə daxil olursunuz.


         Son olaraq açılan pəncərədə Touch keyboarda klik edib Always olaraq qeyd edirsiniz. Əgər klik etdiyiniz halda hələdə toxunma klaviaturası görsənmirsə, kompüterinizə restart (yenidən başlat) verin və yenidən yoxlayın.



Bu cevap sorunuzu yanıtladı mı?