Firevalları aktiv etmək, eyni şəbəkə üzərində qoşulu olan bütün cihazlar arasında əlaqənin və məlumat mübadiləsinin təmin olunması üçün vacibdir. Bunun üçün rəsmdə qeyd olunan Bölmələrə ardıcıl giriş olunmalıdır.
Qeyd 1. Bu parametrlər deaktiv olduğu zaman Şəbəkə üzərində qoşulu olan cihazlarla əlaqə prosesində problemlər yaranması qaçınılmazdır
Qeyd 2. Bu əməliyyatlar yalnız Windows əməliyyat sisteminə sahib cihazlar üçün keçərlidir
1. İlk öncə cihaz ekranının sol aşağı tərəfində yerləşən axtarış (1) bölməsinə daxil olub, Firewall sözünü axtarış panelinə yazıb (2), tapılan həmin bölümün üzərinə klik edirik (3).
2. Açılan pəncərədə Advanced Settings (4) yazısının üzərinə klikləyirik.
3. Növbəti addımda aşağıda qeyd olunan (5) və (6) əməliyyatları ardıcıl şəkildə icra edərək giriş edirsiniz .
4. Daha sonra isə rəsmdə göstərilən seçimləri (7) və (8) aktiv edirsiniz . Aktiv etdikdən sonra mütləq şəkildə aşağıda yerləşən OK sözünə klikləməlisiniz.
5. Eyni prosesi rəsmdə göstərilən seçim üçün də təkrarlayırıq (9). Buraya daxil olub, 4-cü addımda olan əməliyyatlar üzrə göstərilən seçimləri aktiv edirik.
6. Daha sonra isə şəkildə qeyd olunan hissəyə daxil olub (10) eyni parametrləri tapırıq (11) və onlarda da 4-cü addımda olan əməliyyatlar üzrə göstərilən seçimləri aktiv edirik.
Qeyd: bütün əməliyyatlardan sonra mütləq şəkildə OK seçimindən istifadə olunmalıdır. Əks halda etdiyiniz dəyişikliklər yadda saxlanmayacaq
Qeyd edilən videoda, edilən bütün əməliyyatların video formatında izahı ilə tanış ola bilərsiniz.