Məlumatların Export edilməsi

Məhsulları excel şəklində necə yükləyə bilərik?

Nurane avatar
Yazar: Nurane
Bir haftadan uzun bir süre önce güncellendi

      Arxa paneldə bəzi bölmələr var ki, onların datalarını export edərək kompüterinizə yükləyə bilərsiniz. Bunun üçün sizə lazım olan bölmədəki "Eksport" düyməsinə klik etməlisiniz. Mİsal olaraq statistika bölməsində olan hesabatları eksport etmək istəyirsiz. Bunun üçün Statistika → Hesabatlar → Məhsullar bölməsində düyməsinə klik edirik. Məlumatlar excel şəklində yüklənir.

      Eksport zamanı hesabat üçün hansı sütunların yüklənməsinə özünüz qərar verə bilərsiniz. Bunun üçün, cədvəl bölməsində sütunları aktiv/deaktiv etməyiniz kifayətdir. Hansı sütunlar aktivdirsə exceldə də həmin sütundakı məlumatlar yüklənəcək.

        Bundan əlavə bir çox bölmələrin məlumatlarını həmçinin PDF proqram tipində kompüterinizə yükləyə bilərsiniz. Bunun üçün sizə lazım olan sətrin qarşısındakı üç nöqtəni klikləyərək,   Eksport düyməsini seçməlisiniz.

        Bu zaman sizə iki seçim verilir - Excel və ya PDF formatında yükləmə

PDF tipində yüklənən fayl qaimə-faktura kimi yüklənir. Bu qaimə formasında sistemdə qeyd edilmiş şirkət məlumatları əks olunur

Aşağıdakı şəkildə nümunə olaraq tədarük qaiməsinin PDF forması göstərilmişdir.

       Həmçinin məhsulları da excel şəklində kompüterinizə yükləyə bilərsiniz. Burada sənədin bir neçə formada Ekspot edilməsi mümkündür.

           İlk olaraq siyahı halında eksporta baxaq. Bunun üçün, Menyu→Məhsullar bölməsinə daxil oluruq. Eksport bölməsindən siyahı bölümünə klik edirik. Bu zaman mövcud olan məhsulların adlı siyahısı excel fayl kimi sistemə yüklənəcək. (əgər menyu bölümü "Hamısı" seçilibsə, bütün menyu bazası siyahı olaraq yüklənəcək).

Modifikator seçimində isə, sistemdə olan bütün modifikatorların excel fayl tipində yüklənməsi olacaqdır.

Hər hansı tək bir məhsulu tərkibli şəkildə yükləmək mümkündür. Bunun üçün sizə lazım olan sətrin qarşısındakı üç nöqtəni klikləyərək, Eksport düyməsini seçməlisiniz.

        Məhsulları tərkibli formada toplu yükləmək istəyirsinizsə, bunun üçün, Menyu bölməsində Tex.kartalar səhifəsinə keçməlisiniz. Daha sonra  düyməsinə klikləyərək, Tərkiblərlə çap buttonuna klik etməlisiniz.

Bu cevap sorunuzu yanıtladı mı?