Clopos sistemində menyuda olan istənilən məhsulları müştəriyə ödənişsiz şəkildə -ikram (hədiyyə) edə bilərsiniz. Bunun üçün, ikram ediləcək məhsulun ikram icazəsi aktiv olmalıdır. Aktiv etmək üçün, Arxa panlel →Menyu →Məhsullar bölməsinə daxil oluruq. Üç nöqtəyə klik edib Dəyişmək bölməsinə keçid edirik.
Açılmış pəncərədə məhsulun İkram buttonunu aktiv edib saxla düyməsinə klik etdikdən sonra, artıq bu məhsulu terminalda ikram edə bilərsiniz.
Terminalda məhsula ikramı tətbiq etmək üçün, məhsulun üzərinə klik edirik və ikram düyməsini seçirik. Əlavə edilən məhsuldan neçəsinin ikram olunacağını qeyd edib İkram düyməsini klik edirik.
İkram edilən məhsulun dəyəri aşağıdakı şəkildə göstərilmiş formada, yəni "0" olaraq düşəcək.
Hesabat yaradarkən, satış zamanı İkram edilmiş məhsulların cəm dəyərini görsəz belə, Ümumi cəm bölməsində ikram satışları əks olunmur.