Satış Terminalınızda olan standart şəkli dəyişərək, yerinə öz brendinizi əks etdirən istənilən şəkli yerləşdirə bilərsiniz.
Bunun üçün, Arxa panel → İcazələr →Terminal bölməsinə daxil oluruq.
Bu zaman istifadənizdə olan Terminalların adlarını və onlar barədə məlumatları görəcəksiniz. Şəkil yükləmək istədiyiniz Terminal sətrinin sonunda yer alan üç nöqtəyə klik edərək dəyişmək bölümünə daxil oluruq.
Siyahıda adları qeyd olunan terminalların hər biri üçün ayrıca şəkillər yükləyə bilərsiniz.
Şəkil üçün ayrılmış bölümə daxil olaraq şəklimizi əlavə edirik. Daha sonra Saxla düyməsini klikləyirik.
💡Qeyd edək ki, monitorunuzun ölçüsünə görə şəkilin görüntüsü fərqli ola bilər.
Edilmiş dəyişikliklərin Terminalda görünməsi üçün Yenilə düyməsini seçmək lazımdır.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: