Hesab məlumatlarınızı istədiyiniz zaman dəyişə bilərsiniz. Bunun üçün, Arxa panel→Əməkdaş→İstifadəçilər bölməsinə daxil oluruq. Daxil olduqdan sonra, hansı əməkdaşın məlumatlarını dəyişmək istəyiriksə, onun qarşısında 3 nöqtəyə klikləyib, dəyişmək düyməsini seçirik.
Həmin hissədə İstifadəçi adı, Vəzifə, Əməkhaqqı, E-mail, Parol (bu arxa panelə daxil olarkən qeyd olunan paroldur), Pin (terminala giriş üçün qeyd edilən 4 rəqəmli əməkdaş şifrəsidir), Kart (terminala giriş üçün istifadə edilən əməkdaşın kart kodudur), Barkod (terminala giriş üçün istifadə edilən barkoddur), Mobil məlumatları əks olunub. İstənilən məlumatı buradan dəyişdirə bilərsiniz. E-mail adresinizi sadəcə bizə müraciət edərək dəyişə bilərsiniz.
Əgər sistemə owner hesabı ilə daxil olmusunuzsa, bu zaman əməkdaşlara istənilən vəzifəni təyin etmək və ya dəyişikliklər edə bilərsiniz. Digər hesab adından daxil olduqda isə (bütün xanalar üzrə giriş hüququnuz olsa), owner hesabından başqa bütün hesabları görəcəksiniz.
Sizin vəzifəniz managerdirsə, bu halda digər manager vəzifəli şəxsin vəzifəsini kassirə və ya qarsona çevirə bilməzsiniz. Bunu yalnız owner hesab sahibi edə bilər.