Çeki şirkət hesabına bağlamaq üçün aşağıdakı Ödənişsiz bağla sözünə klik edirik.
💡Bu bölmənin görünməsi üçün vəzifə icazələrində uyğun icazənin aktiv olması gərəkdir.
Daha sonra açılan ekranda Şirkət hesabına sözünün qarşısını aktiv edib Bağla düyməsinə klik edirik.
💡Çeki ödənişsiz bağlamaq hesabatınızdakı mənfəətin mənfiyə getməsinə səbəb olacaq. Bunun səbəbi, ödənişsiz bağlanmış çekin daxilindəki məhsulun maya dəyərinin olmasıdır. Satış 0 olduğu halda, məhsulun maya dəyəri mövcuddur (misal üçün, 2 manat). Bu zaman, mənfi 2 olaraq qeyd edilir və yekun mənfəət hesabında da bu mənfi dəyər əks olunur.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: