Ana içeriğe geç

Statistika→Məhsullar

Nurane avatar
Yazar: Nurane
Bu hafta güncellendi

Statistika → Hesabatlar → Məhsullar bölməsindən seçilmiş vaxt üçün satılan məhsullar, o cümlədən gəlir, mənfəət, maya dəyəri və digər göstəricilər haqqında ətraflı məlumatı əks etdirir.

💡Əgər cədvəldə sizə lazım olan və ya lazım olmayan hər hansı sütun varsa, Cədvəl bölməsindən həmin sütunları aktiv və ya deaktiv edə bilərsiniz.

  • Bir və ya bir neçə məhsulu yoxlamaq üçün "Məhsul" filtrindən istifadə edin və istədiyiniz elementləri seçin.

  • Ətraflı təhlil üçün "Filtrlərdən" istifadə edin. Filtrlər aşağıdakı parametrlər üzrə təhlil etməyə imkan verir. Çek nömrəsi, vaxt intervalı, terminallar, zallar, əməkdaşlar, satıcı, məhsul növü(inqrediyen, hazır məhsul və s.), mənbə növü, satış növü, mühasibat kateqoriyaları, müştərilər, ikram ,etiket

Mənbə filteri ilə satışları iki qrupa ayıra bilərsiniz:

  • Terminalda yaradılan çeklər;

  • Arxa paneldən yaradılan çeklər.

Məhsulun üzərinə kliklədikdə məhsulların satışı və onların miqdarı haqqında daha ətraflı məlumat göstərilir.

Nümunə olaraq "Set Filya 26 əd" məhsuluna baxaq.

  • 1-ci sütunda " Modifikator Qruplar " - bu məhsulu satarkən hansı modifikatorların seçildiyini, həmçinin miqdarı və gəliri göstərir.

  • 2-ci sütun " Çıxarılan ehtiyat" - bu məhsul və onun modifikator üçün sistem tərəfindən edilən bütün tərkib silinmələri göstərir.

  • 3-cü sütun " Çek " - məhsulumuzun iştirak etdiyi bütün qapalı çekləri göstərir.

Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin:

Bu cevap sorunuzu yanıtladı mı?