Ana içeriğe geç
Hərəkət hesabatları

Anbarda baş verən əməliyyatlara necə nəzarət etmək olar?

Nurane avatar
Yazar: Nurane
Bir haftadan uzun bir süre önce güncellendi

Məhsullarınız üzrə baş verən bütün əməliyyatları İnventar → Məhsul hərəkətləri bölməsindən izləmək mümkündür.

  • Ad - Məhsulun adı.

  • Vahid - Məhsulun Say vahidi

  • Maya dəyəri - Bir ədəd və ya bir kiloqramın maya dəyərini göstərir.

  • İlkin miqdar - İnqredient yaradılarkən, faktiki olan miqdarı ilkin miqdar bölməsinə qeyd ediriksə, bu sütunda görünür.

  • Başlanğıc miqdarı - tarix üzrə, anbar açılarkən anbarda olan miqdarı göstərir.

  • Tədarük- Seçilən tarix aralığında ümumi tədarük miqdarını və son daxil edilən maya dəyərini göstərir.

  • Satılıb - Seçilən tarix aralığında ümumi satış miqdarını və maya dəyərini göstərir.

  • Tullantı - Seçilən tarix aralığında ümumi tullantı miqdarını və maya dəyərini göstərir.

  • Köçürmə - Seçilən tarix aralığında ümumi köçürmə miqdarını və maya dəyərini göstərir.

  • İnventarlaşdırma dəyəri - inventarlaşdırma edildikdən sonra yaranan fərq miqdarını və onun maya dəyərini göstərir.

  • Satışın geri qaytarılması - Satış olunandan sonra, terminalda geri qaytarılma etdikdə miqdar və maya dəyərini göstərir.

  • Geri qaytarılan tədarük - Tədarük edildikdən sonra həmin məhsulları tədarükçüyə qaytardığımız zaman geri qaytarılma miqdarına və maya dəyərinə buradan baxa bilərik.

  • İstehsalat - Yarımfabrikat və texkartaları istehsal edərkən əldə edilən miqdar göstərilir.

  • İstehsalatda istifadə - Yarımfabrikat və texkartaları istehsal edərkən tərkibindəki olan inqredient və yarımfabrikatın miqdarı ilə maya dəyəri göstərilir.

  • Son miqdar - Hər hansısa məhsulun əvvəlki tarixlərdə anbarda nə qədər qaldığını göstərən bölmədir .

İstənilən sütunu aktiv və ya deaktiv etmək olar. Bunun üçün aşağıda göstərilən bölməyə daxil olmalısınız.

Həmçinin burda tarix aralığı da qeyd edə bilərsiniz. İstənilən tarix aralığını seçib, həmin tarix üzrə baş verən əməliyyatlara baxa bilərsiniz.

Bu cevap sorunuzu yanıtladı mı?