Autsorsinq (outsourcing) ingilis sözüdür, “outside resource using” (kənar qaynaqdan yararlanmaq) söz birləşməsindən yaranıb. Biznes dilində desək, şirkətin profilinə aid olmayan, yaxud da aparmaqda çətinlik çəkdiyi funksiyalarının digər ixtisaslaşdırılmış peşəkar tərəfdaşlara ötürülməsi sayəsində şirkətin fəaliyyətinin optimizasiya vasitəsidir.
“Autsorsinq” sözü termin olaraq ilk dəfə 1989-cu ildə “Eastman Kodak” şirkəti tərəfindən istifadə edilmişdir. Onlar İT xidmətlərini başqa şirkətə ötürməklə bu istiqamətdə daha üstün keyfiyyət göstəricilərinə nail ola bildilər. Autsorsinq xidmətləri sektorunda hazırda əsas oyunçular – İT, hüquq, maliyyə və auditor şirkətləridir.
Autsorsinq xidmətlərinin formaları:
Tam autsorsinq – şirkətin müəyyən bir prosesinin tam halda kənar bir quruma verilməsi. Misal: “Microsoft Corporation” işçilərinin ixtisasartırma kurslarını autsorsinq şirkətə həvalə edillib;
Hissəvi autsorsinq – şirkətin müəyyən proseslərinin yalnız bir hissəsinin kənar bir təşkilata həvalə edilməsi. Misal: “General Motors” avtomobillərinin istehsalında yalnız bir xəttin avtomatlaşdırılması işini “Electronic Data Systems” şirkətinə həvalə edib;
Təkmilləşdirilmiş autsorsinq – autsorsinq xidmətlərinin yeni istiqamətlərindən biridir. Burada söhbət şirkətin bir neçə funksiyasının kənar şirkətlərə verilməsindən gedir. Misal: “Apple Computer” korporasiyası 70% istehsalat funksiyalarını “Tokyo Electric Power Company”, “Regis Mckenna” kimi şirkətlərə autsorsinq edib.
Nəticə: Autorsinq müəyyən xərclərdən azad olmaq (və ya qənaət etmək) üçün şirkətlərinin geniş istifadə etdiyi bir xidmətdir. Bu zaman şirkətlər hər hansı bir xidməti icra etmək üçün həmin xidmət üzrə ixtisaslaşmış kənar şirkətlərə və ya mütəxəssislərə müraciət edirlər. Bütün hallarda autsorsinq xidmәtinin uğuru üç amildən asılıdır:
Autsorsinq xidmәtinә şirkәtin rәhbәrliyi sәviyyәdә dәstәk;
Әlaqәli işçilәrlә geniş ünsiyyәt;
Müştәrilәrin öz xidmәt tәminatçılarını idarәetmә qabiliyyәtlәri.
"Clopos" MMC Clopos avtomatlaşdırma sistemindən istifadə edən müəssisələr üçün Təkmilləşdirilmiş autsorsinq xidmətlərini təklif edir:
1. Obyekt sahibləri və idarəediciləri üçün “back office” əməkdaşının seçimi və təlim verilməsi qaydaları, mal-material uçotunun düzgün təşkili, maliyyəyə nəzarət, işin strukturunun düzgün təşkilinə və s. dair təlimlər
2. Anbar sayımının həyata keçirilməsi və inverlarlaşdırma zamanı dəstək
3. Menyunun satış üçün doldurulması, texkartaların yaradılması
4. Anbarın sazlanması
5. Anbar sayımının həyata keçirilməsi və inverlarlaşdırma zamanı dəstək
6. Aylıq mal material və maliyyə auditi
7. Əməkdaşlara fərdi və ya qrup halında təlimlərin keçirilməsi
Ətraflı məlumat üçün [email protected] e-poçt ünvanı
və ya (077) 2748353 nömrəsi ilə əlaqə yarada bilərsiniz