Ana içeriğe geç
Tarixçə

Clopos sistemində çekin tarixçəsinə necə baxmaq olar?

Nurane avatar
Yazar: Nurane
3 aydan uzun süre önce güncellendi

Arxa paneldə çekin tarixçəsinə baxmaq

  • Satış - Çeklər bölməsində, şübhəli hərəkətləri və digər məlumatları izləmək üçün aşağıdakı addımları izləyin:

  • Satış → Çeklər bölməsindən baxmaq istədiyiniz çekin ID-sinə klik edərək həmin çekə daxil olun.

  • Çekə daxil olduqdan sonra Tarixçə hissəsində çekdə edilmiş hərəkətləri izləyə bilərsiniz.

  • Tarixçə hissəsində çekdəki hərəkətlərin tarixi, saatı, hansı terminaldan göndərildiyi və hansı əməkdaşın əməliyyatı həyata keçirdiyi barədə ətraflı məlumat qeyd olunur.

  • Çekin aşağı hissəsində ön çek sayışübhəli hərəkət sayı qeyd olunur. Bu, öncəki çeklərin və şübhəli hərəkətlərin sayını izləmək üçün istifadə olunur.

Terminaldan Çekin Tarixçəsinə Baxmaq

Çekin tarixçəsinə terminaldan baxmaq üçün aşağıdakı addımları izləyin:

  • Terminaldan çekin tarixçəsinə baxmaq üçün ilk olaraq masaya daxil olun.

  • Masaya daxil olduqdan sonra, sol tərəfdə yerləşən ikona klikləyin.

  • Açılan pəncərədə, həmin çeklə bağlı bir çox hərəkətləri izləyə bilərsiniz. Burada çekin tarixi, əməliyyatlar və digər detallar göstərilir.


Bağlı olan çekin tarixçəsinə baxmaq üçün arxiv çekin üzərinə vurub Çek tarixçəsi sözünə klik edirik.


Əməkdaşların və Terminalların Əməliyyatlarına Baxış

Statistika → Tarixçə bölməsindən terminalda hər bir əməkdaşın həyata keçirdiyi əməliyyatlara baxmaq üçün aşağıdakı addımları yerinə yetirin:

  • Tarixçə hissəsindən hər bir əməkdaşın etdiyi əməliyyatları asanlıqla izləyə bilərsiniz.

  • Daha ayrıntılı məlumat əldə etmək üçün tarix aralığı və digər filtrlərdən istifadə edə bilərsiniz.

  • Şübhəli hərəkətlərə və edilmiş bütün əməliyyatlara daha detallı baxmaq üçün Hərəkətlər bölməsindən filtr tətbiq edib, lazımi bölməni seçərək baxın.

  • Həmçinin, əməliyyatları əməkdaşlar və terminallar üzrə də filtr edərək daha konkret məlumatlara baxmaq mümkündür.

Məhsul Silmə Etiketinin Yaradılması

Məhsul silmə etiketini yaratmaq üçün aşağıdakı addımları izləyin:

  • Əsas menyudan Tənzimləmələr bölməsinə keçin.

  • Tənzimləmələr daxilində Ümumi bölməsinə daxil olun.

  • Məhsulu çekdən silmə səbəbləri qrupunu tapın.

  • Bu qrup daxilində məhsul silmə səbəbləri üçün yeni bir etiket yaradın.

  • Bu qrupun sağ tərəfindəki üç nöqtə butonuna klikləyin.

  • Açılan pəncərədə, + düyməsinə basın və silmə səbəbinin adını qeyd edin.

  • Səbəbi daxil etdikdən sonra Yarat düyməsinə klikləyərək prosesi tamamlayın.

Bu cevap sorunuzu yanıtladı mı?