Sistemdə olan inqredientlərin və məhsulların anbarda ətraflı hərəkətini izləmək üçün, İnventar bölməsindən Məhsul Hərəkətləri hissəsini seçirik. Bu, məhsulların (inqrediyent, yarımfabrikat, hazır məhsul, tex.kart) anbardakı vəziyyətini və hərəkətini seçilmiş tarix aralığında izləməyə imkan verir.
Məhsul hərəkəti haqqında ətraflı məlumat əldə etmək üçün, ilk öncə anbarı, sonra isə hərəkətini izləmək istədiyiniz məhsulu aşağıdakı şəkildə göstərilmiş hissələrdən seçirsiniz. Həmçinin, əməliyyat növü filterindən əməliyyatları növünə görə (məsələn, tədarük, köçürmə və s.) filtrləyə bilərsiniz. Bu, əməliyyatları daha dəqiq şəkildə izləməyinizə kömək edəcək.
Açılan pəncərədə aşağıdakı məlumatlar göstərilir:
Əməliyyatın ID kodu – Hər bir əməliyyatın unikal identifikatoru.
Əməliyyatın növü – Həmin əməliyyatın hansı fəaliyyət növündən (satış, inventarlaşdırma, köçürmə və s.) yarandığı göstərilir.
Əməliyyatın miqdarı – Əməliyyatın neçə ədəd olduğunu, məsələn, satış və ya köçürmə miqdarı.
Əvvəlki və sonrakı miqdar – Məsələn, əvvəl 6 ədəd var idi, 3 ədəd satılıb və sonrakı miqdar 3 ədəd olur.
Bir vahidin dəyəri – Hər bir vahidin satış qiyməti və ya maya dəyəri qeyd edilir. Məsələn, 1 ədəd satılıbsa, həmin vahidin maya dəyəri göstərilir.
Ümumi maya dəyəri – Satılan məhsulun maya dəyəri, əgər 3 ədəd satılıbsa, 3 ədəd-ə uyğun olan maya dəyəri yazılır.
Əməliyyatın vaxtı – Əməliyyatın gerçəkləşdiyi an.
Əməliyyatın yaranma vaxtı – Əməliyyatın sistemdə qeydə alındığı vaxt.
💡Əgər cədvəldə sizə lazım olan və ya lazım olmayan hər hansı sütun varsa, Cədvəl bölməsindən həmin sütunları aktiv və ya deaktiv edə bilərsiniz.
Hər bir əməliyyatın qarşısında olan ID kodu mavi rəngdədir və həmin əməliyyata daxil olmaq mümkündür. ID kodunun üzərinə klik etdikdə, əməliyyatın təfərrüatlarına daha dəqiq şəkildə baxa bilərsiniz. Misal üçün, satış əməliyyatının ID kodunun üzərinə klik etdikdə, sağ tərəfdən əməliyyatla bağlı çek açılacaq və əməliyyatın detalları göstəriləcək.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: