Clopos Sistemində Maliyyə Hesabı Yaratmaq:
Maliyyə hesabı yaratmaq üçün arxa paneldə Maliyyə → Hesablar bölməsinə daxil oluruq. Daxil olduğumuz Şirkət Hesabları pəncərəsində, yuxarı sağ hissədə yerləşən Yarat düyməsinə klikləyirik.
Açılan səhifədə yaradacağımız hesabın adını və tipini qeyd edib, Saxla düyməsinə klikləyirik.
Məbləğ Bölməsi:
Məbləğ bölməsində (qırmızı çərçivədə) bütün hesablarınızda olan pul vəsaitlərinin cəmini, onun aşağısında isə (yaşıl çərçivədə) hər bir hesab üzrə pul balansınızı görə bilərsiniz.
Silinmiş Hesablar:
Həmçinin, silinmiş hesablara baxa bilərsiniz. Bunun üçün Silinmiş hesabları göstər sözünün yanındakı xanaya klik etmək lazımdır. Bu zaman, silinmiş bütün hesablar qırmızı rənglə ayrıntılı şəkildə göstəriləcək.
Silinmiş hesabların əməliyyatları silinmir, lakin Hesab bölməsində "-" işarəsi qalır.
Maliyyə Hesabının Ətraflı Bölməsi:
Maliyyə hesabının üzərinə klik etdiyimiz zaman, Ətraflı bölməsi açılır. Bu bölmə, hər gün kassanın açılış saatında kassada olan məbləği göstərir. Məsələn, 4 sentyabrda kassamız saat 6-da 1,977.31 AZN ilə açılıb, 5 sentyabrda isə 2,194.71 AZN ilə açılıb.
Müştəri Hesabları Pəncərəsi:
Müştəri hesabları pəncərəsindən müştərilərin balansını, daxil olduqları qrupu və keşbek məbləğlərini görə bilərsiniz.
Tədarükçü Hesabları Səhifəsi:
Tədarükçü hesabları səhifəsindən tədarükçülərin balansını görə bilərik. Tədarükçünün adına klik etdiyimiz zaman, tədarükçü əməliyyatlarına keçid edilir.
Əməkdaş Hesabları Bölməsi:
Əməkdaş hesabları bölməsindən əməkdaşlarınızın adı, vəzifəsi, əməkhaqqı və bonus balansını görə bilərsiniz.
Əlavə sualınız və ya köməyə ehtiyacınız olarsa, bizimlə əlaqəyə keçin: